İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Sentyabrda “TASİM” layihəsinin yaradılması çərçivəsində Avrasiya Bağlantı Alyansı üzrə qətnamənin qəbul edilməsi gözlənilir

22.08.2013 [12:02]

Fontu böyüt:      

"Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsinin yaradılması çərçivəsində Avrasiya Bağlantı Alyansı (ABA) üzrə qətnamənin müzakirə edilməsi gözlənilir.
Sentyabrın 4-də Nyu-Yorkda keçiriləcək BMT-nin Baş Assambleyasının 67-ci sessiyası zamanı Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülmüş "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsinin yaradılması çərçivəsində Avrasiya Bağlantı Alyansı (ABA)  üzrə qətnamənin müzakirə edilməsi gözlənilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsindən  "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, Azərbaycan tərəfindən "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamənin müzakirəsinə həsr olunmuş  sessiyada Azərbaycan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, BMT-nin iqtisadi və sosial məsələlər üzrə baş direktorunun müavini Vu Hunqbo (Wu Hongbo), ABŞ-ın dövlət katibinin İnformasiya siyasəti və beynəlxalq kommunikasiyalar üzrə əlaqələndiricisi Daniel Sepulvelda, Litva və Macarıstanın rabitə administrasiyalarının rəhbər nümayəndələri, Ümumdünya İqtisadi Forumun informasiya texnologiyaları və telekommunikasiyalar rəhbəri Alan Markus, "Orbital Sciences Corporation" və "Turk Telecom" şirkətlərinin rəhbərləri iştirak edəcəklər.
"Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamə layihəsi "Trans-Avrasiya Super İnformasiya Magistralı" haqda 67/194 saylı qətnamənin davamıdır və davamlı inkişaf üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) istifadəsi sahəsində regional və beynəlxalq əməkdaşlığı asanlaşdırmaq üçün bir platforma kimi Avrasiya Bağlantı İttifaqının təsis olunması təklifini nəzərdə tutur.
Qətnamə layihəsi bu ilin sentyabr ayının 28-dən gec olmamaq şərtilə razılaşdırılmalı və BMT Katibliyinə təqdim olunmalıdır. Hazırda qətnamə layihəsi üzrə BMT-yə üzv dövlətlər arasında intensiv məsləhətləşmələr aparılır.
(ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar