Fontu böyüt:
Alimlər kabelsiz elektrik çatdırma üsulları üzərində illərdir ki tədqiqat aparırlar. Bu texnologiyanı dəstəkləyən məhsullardan birini isə Sony istehsal etdi.
Sony-nin Yaponiyadakı araşdırma qrupu 60 watt elektrik gücünü 80 sm-ə qədər çatdıra bilən bir cihaz kəşf etdiklərini açıqlayıb. Sony bu məhsulunu kiçik bir demo ilə mətbuata təqdim edib.
Kabelsiz güc köçürə bilən cihazın bir alıcısı və bir vericisi var. Bu iki təchizat arasındakı məsafə isə ən çox 80 sm olmalıdır. Demo da 19.7 düym genişliyində bir LCD TV problemsiz bir şəkildə işlədildi. Sony səlahiyyətlilərinin etdiyi şərhə görə, iki cihaz arasındakı uzaqlıq 50 sm olduğunda güc səmərəsi yüzdə 80 nisbətində təmin edilə bilir. Bu məsafə artdığında isə güc səmərəsi düşür.