İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Təhsil Nazirliyinin İnternetdən istifadə Şurası filtrasiya üsullarını nəzərdən keçirir

17.09.2009 [19:22]

Fontu böyüt:      

ABŞ-də tətbiq olunan veb-senz Filtrasiya şurası tərəfindən nəzərdən keçirilir. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir

Daha öncə də məlumat verdiyimiz kimi Təhsil Nazirliyində İnternetdən istifadə məsələləri üzrə Şura yaradılıb.Bu yaxınlarda həmin Şuranın ilk iclası keçirilib.

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin elektron və veb məzmunun inkişafı şübəsinin rəhbəri Ayaz Abışovun xeberler.az-a verdiyi məlumata əsasən bu Şuranın yaradılmasında əsas məqsəd təhsil ocaqlarında zərərli informasiyaya çıxışı məhdudlaşdırmaqdır. Təhsil Nazirliyinin nəzdində Təhsilin İnformasiyalaşdırılması İdarəsi şuranın fəaliyyətini əlaqələndirəcəkdir.

Ayaz Abışov,həmçinin, İnternetdən istifadə məsələləri üzrə Şuranın tərkibini də açıqladı.Belə ki, Şuaraya valideyn, müəllim, mədəniyyətşünas, habelə Dövlət Proqramının reallaşdırılmasında Təhsil Nazirliyinin tərəfdaşları olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu,  Milli Elmlər Akademiyasının İnformasiyasının Kibernetika İnstitutu, “Mədəd” humanitar təşkilatı, ULTRA şirkəti, Azedunet təşkilatı, Microsoft Azərbaycan şirkəti,Azərbaycan İnternet Forumu da daxildir.

Şuranın əsas fəaliyyət istiqamətləri təhsildə məzmunun filtrasiyası və tədris ocaqlarında təhsil alan məktəblilərin və tələbələrin zərərli informasiyaya çıxışını məhdudlaşdırmaq üzrə tövsiyyələr və praktik təkliflər hazırlamaqdır.

Şura həmçinin təhsil müəssisələrindən zərərli və qanuna zidd olan  internet resurslara blok qoyulması və faydalı resurslara girişin açılması ilə  bağlı daxil olan müraciətlərə baxaraq bununla  bağlı qərarlar qəbul edəcək. Qəbul edilmiş qərarların texniki icrası təhsil müsəssisələrində internet ilərini həyata keçirən AZEDUNET  təşkilatı tərəfindən həayat keçiriləcək.
Təhsil müəssisələrində İnternetdən istifadə məsələləri bu məqsədlə təyin olunan məsul şəxs tərəfindən istiqamətlənir. Məsul şəxsin səlahiyyətləri və vəzifə təlimatı Təhsil naziri tərəfindən təsdiq olunan xüsusi Əsanamə ilə təbzimlənir.
 
Təhsil müəssisələrində internet trafikin çeşidlənməsi (filtrasiyası) prosesini təmin etmək üçün Şura Böyük Britaniyanın, ABŞ-ın, Rusiyanın, Estoniyanın təcrübəsindən geniş istifadə edəcəkdir. Məsələn, hazırlda ABŞ-də geniş tətbiq olunan veb-senz Filtrasiya şurası tərəfindən nəzərdən keçirilir. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.    

Qeyd edək ki, Azərbaycan Təhsil Nazirliyində İnternetdən istifadə məsələləri üzrə Şura “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”-ı çərçivəsində yaradılmışdır.


xeberler.az/Ellada
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar