Fontu böyüt:
İranın sabiq prezidenti Məhəmməd Hatəminin saytı bağlanıb
İran hakimiyyəti açıqlanmayan səbəblərdən Məhəmməd Hatəminin internet-resursuna girişi bağlayıb. Son prezident seçkilərində islahatçı Mirhüseyn Musəvini dəstəkləmiş Məhəmməd Hatəmi də hələ məsələ ilə bağlı şərh verməyib.
Qeyd edək ki, İran hakimiyyəti yalnız ölkə daxilində Məhəmməd Hatəminin saytına girişə qadağa qoyub. Ölkə xaricində istifadəçilər sayta daxil ola bilirlər.