Qafqaz Universitetində Milli İnternet Mükafatının - Milli Net 2012 - nin təqdimatı keçirilib. Təqdimat mərasimində Milli Net təşkilatçıları və Qafqaz Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Milli Net Təşkilat Komitəsinin üzvləri
Qafqaz Universitetində Milli İnternet Mükafatının - Milli Net 2012 - nin təqdimatı keçirilib. Təqdimat mərasimində Milli Net təşkilatçıları və Qafqaz Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Milli Net Təşkilat Komitəsinin üzvləri Osman Gündüz və Ramin Orucov, Münsiflər Komissiyasının üzvü Abzətdin Adamov Milli Net haqqında məlumat veriblər. Milli Net –in Qaydaları və Müsabiqədə iştirak şərtləri haqqında, səsvermə prosesi haqqında, Nominasiyalar və məhdudiyyətlər haqqında geniş məlumatlar təqdimat iştirakçılarının diqqətinə çatdırılıb.
Milli Net təşkilatçıları toplantı iştirakçılarının suallarını cavablandırıblar.
Milli Net-in digər qurumlarda və təhsil müəssisələrində də Təqdimatlarnın kçeirilməsi nəzərdə tutulub.
Məlumat üçün bildiririk ki, hazıqda Milli Net-də saytların qedyiyyatının başa çatmasına 28 gün qalıb. Müsabiqəyə indiyədək 13 Nominasiya üzrə 142 sayt təqdim olunub və onlardan 120-si yarışmaya buraxılıb.
Hazırda
www.millinet.az saytında qeydiyyatdan keçən iştirakçılar Müsabiqəyə buraxılan saytlara şərhlər yazmaqla münasibıtlərini bildirə bilərlər.
Noyabrın sonunda saytların qeydiyyatının, dekabrın 1-ci yarısında saytların qiymətləndrimə prosesinin başa çatdırılması nəzərdə tutulub.
Qaliblərin mükafatlandırılması və təqdimat mərasimi dekabrın 2-ci ongünlüyündə keçiriləcək.