Fontu böyüt:
Azərbaycanda 3G texanologiyasını lisenziyalaşdırma qaydaları hökumətə təqdim olunub.Bu haqda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib. Məlumata əsasən lisenziyalaşdırma qaydalarının iki həftə ərzində təsdiqlənməsi gözlənilir. Qaydalar təsdiqləndikdən sonra Azərbaycanda fəaliyyətdə olan mobil operatorlar 2009-cu ilin sonlarına yaxın 3G xidmətini istifadəçilərə təqdim edə bilərlər.
Məlumat üçün bildirək ki, 3G standartı Beynəlxalq elektron rabitə ittifaqı tərəfindən hazırlanıb və IMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G - üçüncü nəsil xidmətlər toplusudur.
O, İnternet şəbəkəsinin xidmətlərinə yüksəksürətli mobil çıxış, həmçinin məlumatların ötürülməsi kanalını yaradan radiorabitə texnologiyasını özündə birləşdirir.
Üçüncü nəsil 3G şəbəkəsi təxminən 2 HGz tezlik diapazonunda işləyir və məlumatları 2 Мbit/s sürətilə ötürür. Onlar videotelefon rabitəsi qurmağa, mobil telefonda film və televiziya proqramlarını və s. izləmək imkanı verir.