Fontu böyüt:
İKT İnformasiya Mərkəzindən xeberler.az-a verilən məlumata görə, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın prinsiplərinə uyğun yaradılmış İnternet Forumun məqsədi informasiya kommunikasiya texnologiyalarının təhsildə tətbiqi istiqamətində müəllimlər arasında fikir mübadiləsinin aparılması, bu istiqamətdə təcrübənin bölüşdürülməsi, İKT-nin tətbiqində aktual və problemli mövzuların müzakirəsidir. Forumdan Azərbaycanın müxtəlif bölgələrindən olan müəllimlərin bir araya gətirilməsi üçün effektiv bir vasitə kimi istifadə olunacaq.
Azərbaycan müəllimlərinin İnternet Forumundan həmçinin elektron tədris resurslarının müzakirəsi və qiymətləndirilməsi üçün də istifadə olunması planlaşdırılır. Forumda həmçinin aşağıdakı imkanlar var:
- Outlook proqramına qoşulmaq – Mövzuların, fotoların, ismarıcların və s. elementlərin sinxronlaşdırılması və avtonom rejimdə onlarla işləmə imkanı;
- Elektron cədvələ ixrac etmək – Elektron cədvəl əlavələrinin istifadə olunması ilə elementlərin analizi;
- Access proqramı ilə açmaq – Microsoft Office Access məlumat bazasında elementlərlə işləmək;
- Xəbərlərin digər veb-resurslara daxil olmadan alınması və forumda oxunması üçün RSS-axını (Really Simple Syndication) texnologiyasından istifadə edilməsi;
- Mövzuların, fotoların, ismarıcların və s. elementlərin dəyişdirilməsi zamanı elektron poçtla bildirişlərin alınması.