İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnternet üzərindən aparılan nağdsız ödənişlər vətəndaşlara 2 ağlasığmaz mükafat qazanmağa imkan verir

25.09.2013 [12:46]

Fontu böyüt:      

Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə “MasterCard” beynəlxalq kart təşkilatı tərəfindən ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi, ödəniş kartı sahibləri tərəfindən nağdsız ödənişlərin aparılmasının stimullaşdırması məqsədilə təşkil olunan “MasterCard ümummilli Çempionlar Liqası” kampaniyasının təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə “MasterCard” beynəlxalq kart təşkilatı tərəfindən ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi, ödəniş kartı sahibləri tərəfindən nağdsız ödənişlərin aparılmasının stimullaşdırması məqsədilə təşkil olunan “MasterCard ümummilli Çempionlar Liqası” kampaniyasının təqdimat mərasimi keçirilib.
 
Tədbirdə çıxış edən Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev “MasterCard” beynəlxalq kart təşkilatının regional rəhbərliyinin ölkəmizin kart bazarının inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən və edilən əməkdaşlıqdan söz açıb. O, qeyd edib ki, dövlət başçısı tərəfindən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində verilən tapşırıqların icrası, habelə bütövlükdə nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən həyata keçirilən kompleks tədbirlər nağdsız hesablaşmaların qabaqcıl ölkələrin səviyyəsinə çatdırılmasına öz müsbət təsirini göstərəcəkdir.
 
 
Sonra “MasterCard”ın Cənub-Şərqi Avropa üzrə baş direktoru Mete Güney çıxış edərək təmsil etdiyi təşkilatın missiyası və fəaliyyəti barədə məlumat verib.
 
“MasterCard”ın inkişaf etməkdə olan ölkələr üzrə meneceri Hakan Acar isə Mərkəzi Bankla sıx əməkdaşlıq nəticəsində Azərbaycanda “MasterCard ümummilli Çempionlar Liqası” kampaniyasını keçirməkdən məmnunluğunu ifadə edib: “Təhlükəsiz sadə smart həllərimizin köməyi ilə ölkənin maliyyə infrastrukturuna yatırımlar etməyə, habelə Mərkəzi Bank və digər dövlət təşkilatları tərəfindən idarə edilən nağdsız ödənişlərin genişləndirilməsi üzrə layihələri dəstəkləməyə davam edəcəyik”.
 
 
Qeyd edək ki, 01-31 oktyabr 2013-cü il tarixlərini əhatə edəcək kampaniyada ödəniş kartı sahibləri “MasterCard” brendli ödəniş kartları vasitəsilə ölkə daxilində və dünyanın istənilən yerində POS-terminalar vasitəsilə və internet (elektron kommersiya) üzərindən apardıqları nağdsız ödənişlər nəticəsində “UEFA” Çempionlar Liqası üzrə Türkiyədə keçiriləcək oyunu canlı izləmək şansı qazanacaqlar. Noyabr ayında elan ediləcək 3 qalibin hər biri üçün nəzərdə tutulmuş səyahət paketinə 2 nəfərlik (özü və əlavə bir nəfər) gediş-dönüş təyyarə biletləri, mehmanxana xərcləri və oyun biletləri daxildir.(ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar