21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Kabelli və kabelsiz infrastrukturun istənilən standartda qurulması üçün böyük məbləğdə xərc tələb olunur. Bütün Avropaya xitab edilən bu çağırışı Avropa Birliyinin Texnologiya Komissiyası Viviane Reding ilə Lord Carter birlikdə hazırlayıb. İngiltərənin Rabitə, Texnologiya və Nəşr Naziri, Avropanın iqtisadi canlanması üçün ümidlərini digital sənayeyə bağlayıb.
Lord Carter yeni bir vergi ilə universal standartlarda geniş kabelli internet infrastrukturunun qurulmasını, piratlarla mübarizə aparılmasını və 2015-ci ildə digital nəşrə keçilməsini istəyir.
AB ilə Lord Carter həm kabelli, həm də kabelsiz internetin köməyi ilə bütün Avropada yüksək performanslı internet infrastrukturunun 2013-cü ilədək bitməsini arzulayır. Onların sözlərinə görə, İnternet üçün ilk lazım olan şey möhkəm bir infrastrukturun qurulmasıdır. Bu infrastrukturun xərci isə 150-200 milyard sterlinq təxmin edilir.