İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” mövzusunda Dəyirmi Masa keçiriləcək.

30.04.2012 [11:22]

Fontu böyüt:      

Tədbirin keçirilməsində məqsəd ölkədə peşəkar yeni media mütəxəssislərinin hazırlanması istiqamətində təhsil, biznes və İKT sektorunun birgə səylərini gücləndirməkdir.
Multimedia Mərkəzi bildirir ki, 04 may 2012-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində “Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Dəyirmi Masanın keçirilməsində məqsəd ölkədə peşəkar yeni media mütəxəssislərinin hazırlanması istiqamətində təhsil, biznes və İKT sektorunun birgə səylərini gücləndirməkdir.

Dəyirmi Masada Multimedia Mərkəzinin hazırladığı yeni medianın tədris modullarının müzakirəsi nəzərdə tutulub.
Mərkəz ölkədə jurnalistika təhsili verən Universitetlərdə tədrisi nəzərdə tutulan dörd yeni media fənninin tədris proqramlarının layihələrini hazırlayıb. Yeni tədris modulları təhsil müəssisələrinin, ekspertlərin və yeni media mütəxəssislərinin məsləhətləşmələri əsasında hazırlanıb. Tədris proqramları ölkədə yeni medianın inkişaf perspektivləri, yeni media bazarında kadrlara olan tələbat və təhsil alanların praktiki bacarıqlarının gücləndirilməsi amilləri nəzərə almaqla hazırlanıb. Mövcud təhsil standartlarına uyğun hazırlanan fənlərin həm fundamental, həm də ixtisasın (proqramın) peşə hazırlığı fənləri qrupuna daxil edilməsi nəzərdə tutulur.
Dəyirmi Masada Jurnalistika təhsili verən ali təhsil müəssisələrində yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi istiqamətində, bu fənnin yeni media bazarının tələblərinə uyğunlaşdırılaraq tədris olunması, yeni medianın gələcək tədris modelinin əsas istiqamətləri haqqında peşəkar müzakirələr təşkil olunacaq.

Dəyirmi Masanın yekununda irəli sürülən təklif və tövsiyələr əsasında yeni medianın tədris modullarının yenidən işlənməsi və jurnalistika təhsili verən ali təhsil müəssisələrinə təqdim edilməsi nəzərdə tutulub.

Dəyirmi Masada İnternet media qurumları və Jurnalistika təhsili verən ali təhsil müəssisələri nümayəndələrinin, yeni media texnologiyaları sahəsində çalışanların, dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Dəyirmi Masa Multimedia Mərkəzinin həyata keçirdiyi ”Yeni medianın tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində keçirilir.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar