İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Euronews” kanalının Azərbaycan dilində yayımı üzərində iş gedir

17.11.2011 [23:57]

Fontu böyüt:      

“Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luigi Malesani və İcraedici Şuranın baş direktoru Maykl Piters İctimai Televiziya və Radio Yayımları Şirkətində olub
“Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luigi Malesani və İcraedici Şuranın baş direktoru Maykl Piters İctimai Televiziya və Radio Yayımları Şirkətində olub.

İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən verilən məlumata görə, şirkət əməkdaşları ilə keçirilən görüşdə İctimai Teleradionun baş direktoru İsmayıl Ömərov Azərbaycan ictimaiyyətinin artıq “Euronews” kanalı ilə əməkdaşlığın nəticələrinin şahidi olduğunu bildirib. İ.Ömərov prezident İlham Əliyevin “Euronews” kanalının Müşahidə Şurasının sədri və İcraedici Şuranın baş direktoru ilə danışıqlar zamanı bu telekanalla əməkdaşlığı yüksək qiymətləndirdiyini deyib. İki telekanal arasında bu ilin iyul ayında Parisdə müqavilə imzalandığını xatırladan İctimai Teleradionun baş direktoru artıq “Euronews”la birgə layihələr üzərində iş getdiyini bildirib.

Piter Luigi Malesani Müşahidə Şurasının son iclasında “Euronews” kanalının yayım dillərinin artırılması məsələsinin müzakirə olunduğunu və Şuranın bunun icrası ilə bağlı baş direktor Maykl Pitersə səlahiyyət verdiyini deyib: “Bununla bağlı müraciət edən ölkələr çoxdur, amma bu ölkələr arasında Azərbaycan prioritet sıradadır”.

Cənab Malesani Avropanın Azərbaycan barədə daha çox məlumat əldə etməsində “Euronews” kanalının gözəl vasitə olduğunu qeyd edib. Yaxın zamanlarda isə “Euronews”un xəbər buraxılışlarının və bir neçə proqramın İctimai Televiziya vasitəsilə Azərbaycan dilində yayımına başlanılacaq.

“Euronews” kanalının İcraedici Şurasının baş direktoru Maykl Piters Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsinə hazırlıqları ilə bağlı həftəlik verilişin də yayımının nəzərdə tutulduğunu bildirib.
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar