Hotnet simsiz internet provayder şirkəti Evrovision 2012 musiqi yarışması ərəfəsində Dənizkənarı Milli Parkın (bulvar) ərazisində pulsuz WiFi-giriş imkanını təmin edib.
Hotnet simsiz internet provayder şirkəti Evrovision 2012 musiqi yarışması ərəfəsində Dənizkənarı Milli Parkın (bulvar) ərazisində pulsuz WiFi-giriş imkanını təmin edib.
Şirkətin məlumatına görə, bundan başqa, “facebook.com”, “1news.az”, “citylife.az” sosial şəbəkələrinə və xəbər portallarına pulsuz giriş də təmin olunub. Məlumatda qeyd olunur ki, bu addım istifadəçilərə müsabiqənin və şəhər həyatının xəbərlərini on-line rejimdə izləməyə imkan verəcək.
Hotnet – həm Azərbaycanda, həm də bütün Qafqazda nəhəng WiFi şəbəkəsidir.
Şirkətin əhatə zonasına Bakının mərkəzi hissəsinin çox hissəsi və şəhərin digər rayonları da daxildir.