İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Yaponlar mausu ultrasəslə əvəz etməyi təklif edirlər

04.09.2008 [18:37]

Fontu böyüt:      

Yaponiyalı tədqiqatçılar “insan-kompüter” qarşılıqlı əlaqə sisteminin növbəti nümunəsini təqdim ediblər. Bu dəfə qarşılıqlı əlaqəni əllər, ultrasəs və xüsusi şüa verən qurğu vasitəsi ilə həyata keçirmək təqdim olunub. Toxunma əsasında işləyən üçölçülü sistemlərin bundan əvvəl də təqdim olunmasına baxmayaraq, bu sistemlərin işləməsi üçün xüsusi geyim və ya manipulyasiya və toxunmanı ötürən əlcəklər tələb olunurdu. Hazırda isə yaponiyalı mühəndislər qeyd edirlər ki, xüsusi geyim və əlcəklər ultrasəsli dalğalarla əvəz oluna bilər.Tərtibatçıların sözlərinə görə, onların sistemi demək olar ki praktiki istifadə mərhələsindədir və tez bir zamanda yeni işləmənin satışa çıxarılması mümkün olacaq.
Yaponiyalı tədqiqatçılar “insan-kompüter” qarşılıqlı əlaqə sisteminin növbəti nümunəsini təqdim ediblər. Bu dəfə qarşılıqlı əlaqəni əllər, ultrasəs və xüsusi şüa verən qurğu vasitəsi ilə həyata keçirmək təqdim olunub. Toxunma əsasında işləyən üçölçülü sistemlərin bundan əvvəl də təqdim olunmasına baxmayaraq, bu sistemlərin işləməsi üçün xüsusi geyim və ya manipulyasiya və toxunmanı ötürən əlcəklər tələb olunurdu. Hazırda isə yaponiyalı mühəndislər qeyd edirlər ki, xüsusi geyim və əlcəklər ultrasəsli dalğalarla əvəz oluna bilər.Tərtibatçıların sözlərinə görə, onların sistemi demək olar ki praktiki istifadə mərhələsindədir və tez bir zamanda yeni işləmənin satışa çıxarılması mümkün olacaq. Yeni sistemin işlənib hazırlanması ilə məşğul olan Tokio Universitetində hesab edirlər ki, sistem vizual və arxitektur modelləşdirmə proqramlarında daha çox istifadə olunacaq, gələcəkdə isə, üçölçülü internetin inkişafı ilə yeni sistem istehlakçı sektorunda da geniş tətbiq olunacaq. Professor Tanayuki İvamoto qeyd edir ki, xüsusi qurğu vasitəsi ilə yaradılan ultrasəs şüalanması bu və ya digər elementləri (məsələn bilək) “əhatə etmək” qabiliyyətinə malikdir. Belə ki, bərk elementdən (məsələn əllərdən) əks olunan dalğalar həmin bərk elementin virtual təsvirini yaradır və təsvirin dəyişməsi ilə istənilən hərəkəti müəyyən etmək mümkündür.Hələ ki, hərəkətlərin tam dəqiq təyin olunması üçün sistem həmçinin, manipulyasiyaları qeydə alan kamera ilə təchiz olunub. Lakin gələcəkdə bu kameranın komplektdən çıxarılması planlaşdırılır. T.İvamotonun sözlərinə görə, hazırda hərəkətlərin müəyyən olunması sistemi, yalnız şaquli manipulyasiyaların bir hissəsini təyin etmək imkanına malikdir. Lakin tədqiqatçılar qurğunun daha dəqiq həndəsəsi üzərində işləyirlər ki, gələcəkdə sistem daha xırda manipulyasiyaları təyin etsin və bu hərəkətlərə təkan verən elementlərin konturlarını daha dəqiq müəyyən etsin. Cybersecurity-nin məlumatına əsasən bu cür sistemin istifadə olunmasının ən perspektivli istiqamətlərindən biri 3D-molelləşdirmə sistemləri və kompüter oyunları olacaq. Tokio Universitetində, qeyd olunan sahələrdə fəaliyyət göstərən şirkətlərdən artıq təkliflərin daxil olunduğunu bildirirlər.
xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar