Fontu böyüt:
NETTY 2009 Milli İnternet Mükafatının nominantları müəyyən edilib. Nominantların siyahısı ilə bu: www.netty.az ünvanda tanış ola bilərsiniz.
Artıq mükafatın AKADEMİYAsının səsverməsinə start verilib. Nominantların sıralarında olan qaliblərin adları 17 may tarixində təntənəli mükafatlandırma mərasimində çəkiləcək.
Qeyd edək ki, Akademiyanın nümayəndələri daxili səsverməyə əsasən hər mövcud 11 nominasiya üzrə bir qalibi müəyyən edəcək. Akademiyanın qərarı ilə həmçinin müsabiqədən kənar əlavə nominasiyalar üzrə qaliblər də elan ediləcək: “İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə”; “İlin İT-hadisəsi”; “Ən yaxşı dizayn”.
Mükafatın sponsorları tərəfindən “Bakı haqqında ən yaxşı sayt” və “Ən yaxşı uşaq saytı” həvəsləndirici nominasiyalar üzrə qaliblərin adı çəkiləcək.
Qeyd edək ki, cari ildə müsabiqədə 300-dən çox milli sayt iştirak etmişdir, 230 nəfərdən çox Mükafatın virtual jürisində iştirak etmişdir.
Cari ildə başqa illərdə olduğu kimi, müsabiqə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi dəstəklənir, həmçinin Microsoft Azerbaijan şirkətinin, ən böyük operatorlardan biri Azeurotel şirkətinin, Ali&Nino dükanlar şəbəkəsinin, Iteca Caspian şirkətinin, Intrans internet provayderin partnyor dəstəyi ilə keçirilir. İKT Məlumat Mərkəzinin, Expert.AZ, INFOсity, ITMagazine nəşrlərin dəstəyi ilə.
NETTY Milli İnternet mükafatı – ümumdünya şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY – bütün dünyadan yüz minlərlə İnternet istifadəçilərini toplayan ölkənin informasiya texnologiyaları sahəsində ilin əsas hadisəsidir. Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxaran və öz mükafatı ilə dəyərləndirən, NETTY mükafatı bir-neçə il ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbir adını qazanıb.