İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Naxçıvanda Regional İnformasiya Mərkəzinin tikintisi aparılır

07.04.2010 [16:29]

Fontu böyüt:      


Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarından ibarət birgə qrup məhdud imkanlı insanların informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının artırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasında yaradılan Regional İnformasiya Mərkəzinin tikintisi ilə tanış olmaq üçün birgünlük səfərlə Muxtar Respublikaya yola düşüb.
Mərkəz Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi və məhdud imkanlı insanların informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının artırılması məqsədini daşıyan layihənin davamı çərçivəsində tikilir.

Müasir texnologiyalarla təchiz olunacaq bu mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, sürətli internetə çıxışla və xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün nəzərdə tutulmuş son model kompüterlərlə təmin olunmuş kompüter mərkəzi qurulacaq. Mərkəzin internet saytı yaradılacaq. 50 adda kitab brayl əlifbası ilə çap olunaraq kitabxananın səsyazma studiyasının köməyi ilə audio formata çevrilməsi nəzərdə tutulur.

Mərkəzdə görmə qabiliyyəti zəif olan insanlar üçün kompüterlərə elektron böyüdücü cihazların quraşdırılması, brayl şriftli kitabların nəşri, lal və karlar üçün subtitrli filmlərin nümayişi, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompüter oyunlarının yaradılması nəzərdə tutulur. Buraya əlil arabası ilə gələnlərin maneəsiz hərəkətinin təmin olunması üçün müvafiq şərait yaradılacaq.

Qeyd edək ki, Azərbaycan hökuməti cəmiyyətin hər bir üzvünün İKT vərdişlərinin inkişafına xüsusi önəm verir. O cümlədən də, məhdud imkanlı insanlar üçün də informasiya-kommunikasiya texnologiyalarından yararlanmaq şəraiti və elektron informasiya resurslarından istifadə imkanları yaradılır.

Hələ 2005-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair” layihənin icrasına başlanmışdır və kor və zəif görən uşaqlar üçün Respublika internet məktəbində model İKT sinifləri yaradılmışdır.

Gəncə şəhərində də  Regional İnformasiya Mərkəzi yaradılmışdır. Yaradılmış mərkəzin xidmətindən Gəncə və Naftalan şəhərlərində, eləcə də Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarında yaşayan və fiziki qüsuru olan 60 mindən çox insan istifadə edə biləcək.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar