İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Xeberler.az-da yeni layihə

21.06.2010 [02:43]

Fontu böyüt:      

Xeberler.az saytı bugündən etibarən yeni layihəyə start verir. “Blogdan xəbərlər” adlanan rublikada məqsəd həftə içi bloggerlərin yazdığı məqalələrlə oxucuları tanış etməkdir. Bu rublikaya başqa saytlarda da rast gələ bilərsiz. Amma biz onlarla rəqabət aparmaq yox, Azərbaycanda bloqçuluğun inkişafına nail olmaq istəyirik.

Xeberler.az saytı bugündən etibarən yeni layihəyə start verir. “Blogdan xəbərlər” adlanan rublikada məqsəd həftə içi bloggerlərin yazdığı məqalələrlə oxucuları tanış etməkdir. Təbii ki, hər bir bloggerin öz auditoriyası, oxucusu var. Bizim məqsədimiz həmin yazılar haqda oxucuya məlumat vermək, yazıları kütləviləşdirməkdir. Bu rublikaya başqa saytlarda da rast gələ bilərsiz. Amma biz onlarla rəqabət aparmaq yox, Azərbaycanda bloqçuluğun inkişafına nail olmaq istəyirik.

 

İlk olaraq Blogdan xəbərlərdə Azərbaycanda fəaliyyət göstərən bloqlar haqda məlumat vermək istəyirik. Gələn həftədən etibarən isə bloggerlərin yazıları haqqında məlumat Bloqdan xəbərlərdə olacaq.

 

İlk olaraq gənc yazıçı, jurnalist olan Rüfət Əhmədzadədən başlayaq.  Rüfət bloqunda oxucuları belə salamlayır:  “Hər kəsin bir daxili dünyası var. Kimi gizlədir, kimi paylaşır... Mən isə, öz xəyal dünyamı, bədii təxəyyülümün məhsullarını bölüşürəm sizinlə. Ümidvaram, istehlakçılarımız razı qalar.”

 

Rüfət bloqunda öz hekayələrini, esselerini yerləşdirir. Rüfət Əhmədzadə yaradıcılığı ilə yaxından tanış olmaq istəyirsinizsə www.ahmadzada.wordpress.com (www.ahmadzada.tk) bloquna baş çəkə bilərsiniz.

 

Azərbaycanda kollektiv bloq anlayışı o qədər yayılmayıb. www.weboxu.com -da ölkəmizdə fəaliyyət göstərən azsaylı kollektiv bloqlardandır. Burada hər bir kəs üzv olub İT`ə aid olan məlumatları yaza bilər. Mövzuya aid olan bütün yazılar qəbul edilir və hər kəs öz yazdığı məlumata məsuliyyət daşıyır. Eyni zamanda blogda, blogları açılmış saytlar və şirkətlərin nümayəndələri öz rəsmi məlumatlarını yayımlamaq hüququna malikdirlər.

 

Bundan başqa www.Kayzen.az  www.sosium.com -u da kollektiv bloqlara aid edə bilərik.

 

Azərbaycanın ən məşhur bloggerlərindən olan Əli Novruzovun bloqu http://alinovruzov.wordpress.com  adlanır. Bundan başqa  http://turkhan.wordpress.com /

 http://www.vuqar.azeriblog.com  bloqları da ölkəmizdə və dünyada baş verən ən aktual məsələrə yer ayırır.

 

İnformasiya Texnologiyaları (İT) sahəsində http://oracleazerbaycan.wordpress.com, http://www.aliev.info, http://raminorucov.wordpress.com, http://e-haci.net və başqa bloqlar fəaliyyət göstərir.

 

İdman bloqları arasında Elçin Cəlilovun bloqu http://jalilov.blogspot.com öz rəngarəngliyi ilə seçilir. Elçin bloqunda futbola geniş yer verir.

 

Rauf Mərdiyevin http://raufray.wordpress.com bloqunda da maraqlı məlumatlarla tanış ola bilərsiniz.

 

“İrəli” İctimai Birliyin sədri Ceyhun Osmanlı bloqunda (http://ceyhunosmanli.wordpress.com) daha çox müsahibələrini yerləşdirir.

 

 Moda ilə maraqlananlar http://stil.azeriblog.com bloqunu ziyarət etsələr çox şey taparlar.

 

Sonda qeyd edək ki, gələn həftədən etibarən məşhur bloqlardan seçmələr Xeberler.az saytında olacaq. Bizi izləməyə davam edin.

 

Hacıbəy Heydərli


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar