Fontu böyüt:
Mobil WiMAX şəbəkəsi Azərbaycanda istifadəçilərə hansı imkanları verəcəkdir?-bu sualı Delta Telecom şirkətinin texniki direktoru Rahid Ələkbərli cavablandırıb:
-Əsasən internet kütləsinin Bakıda yerləşdiyi üçün, biz bu işin daha sağlam və strateji gələcəyini zəmanət altına almaq məqsədi ilə ilkin olaraq Mobil WiMAX şəbəkəsini Bakı və Abşeron yarımadasında istifadəyə verməyi planlaşdırırıq.
Əlbəttə bu o demək deyil ki, şəbəkə sadəcə burada işləyəcək. Yeni optimizasiya işlərinə artıq start verilib və Mobil WiMAX əhatə dairəsinin genişləndirilməsi, və əsasən də regionlara da bu xidmətlərin çıxarılması göz önündə dayanan layihələrdən biridir. Son istifadəçiyə gəldikdə, qurduğumuz bu şəbəkə onlara ilk növbədə rahat internet xidmətlərdən istifadə imkanını yaradacaq, digər tərəfdən bizim bu layihədə ən əsası iqtisadi dəyərləndirmə faktoru daha çox qabaracaq. Biz artıq istifadəçilər üçün 10 manatdan 100 manatadək olan paketlər sırası hazırlamışıq, hansılar ki, istifadəçilərə öz vəsaitlərini dəyərləndirməyə imkan yaradacaq. Yanvar ayının birindən etibarən www.wimax.az saytında həm paketlərin qiymətləri, istifadəçiyə təqdim olunan surətlər, istifadəçi avadanlığı barədə məlumatlar təqdim olunacaq. Xüsusilə qeyd etmək istərdim ki, istifadəçilər gözlədikləri ən yüksək keyfiyyətli internet xidməti əldə edə biləcəklər. Bu bizim layihənin ilkin mərhələsidir, belə ki, növbəti mərhələlərdə internet xidmətləri ilə paralel olaraq 2010-cu ilin ikinci rübündən digər xidmətlər də təqdim etməyi planlaşdırırıq.
Onu da qeyd etmək istərdim ki, hər bir şəbəkənin ilkin istismar dövründə müəyyən çətinliklər olmalıdır. Bizim şəbəkədə ola biləcək çətinlikləri minimuma endirmişik. Ola biləcək hər hansı çətinliyə görə də maximum tədbirlər görülmüşdür. Ola biləcək çətinliklərin aradan qaldırılmasında son istifadəçilərin bizimlə əlaqə qurması, onlardan ala biləcəyimiz məlumatlar şəbəkəni, ümumilikdə istifadəçilərə verəcəyimiz xidmətlərin yüksək keyfiyyətinə tkan verəcək.
Əlbəttə bu xidməti təqdim etməklə digər provayderlərin işinə zərbə vurmaq məqsədi güdmürük. Bizim məqsədimiz onların da daha müasir texnologiyalarla xidmət göstərməsi üçün şərait yaratmaqdır. Hal hazırda biz provayderlərlə bu xidmətin onların vasitəsi ilə də həyata keçirmək imkanlarını müzakirə edirik. Təbii ki, burada struktur belə yaradılıb ki, son istifadəçi həm bizdən, eləcədə bu günədək xidmətlərindən istifadə etdikləri internet provayderdən həmin xidmətləri eyni şərtlərlə, eyni keyfiyyətlə əldə edə bilsin. Mobil WiMAX şəbəkəsi eləcədə provayderlərin regionlara çıxışına imkan yaradacaq.