İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Milli Net Təşkilat Komitəsinin toplantısı keçirilib

25.07.2012 [13:24]

Fontu böyüt:      

Toplantıda Milli Net 2012- in təşkili və hazırlıqla ilə bağlı məsələlər müzakirə edilib. Müsabiqəyə sentyabr ayında start veriləcəyi bildirilib. Bu ilki yarışmanın da 11 Nominasiya üzrə keçiriləcəyi qeyd olunub. Müsabiqə aşağıdakı
25 iyul tarixdə Milli İnternet Mükafatı Müsabiqəsinin - Milli Net 2012-in Təşkilat Komitəsinin toplantısı keçirilib.
Toplantıda Milli Net 2012- in təşkili və hazırlıqla  ilə bağlı məsələlər müzakirə edilib.
Müsabiqəyə sentyabr  ayında  start veriləcəyi bildirilib.
Bu ilki yarışmanın da 11 Nominasiya üzrə keçiriləcəyi qeyd olunub. Müsabiqə aşağıdakı Nominasiyalar üzrə keçiriləcək:

1.    Korporativ saytlar
2.    İctimai-sosial saytlar
3.    Media və İnformasiya
4.    Mədəniyyət, incəsənət və turizm saytları
5.    Ailə, uşaq və sağlamlıq
6.    Asudə vaxt, idman və əyləncə
7.    Bloqlar
8.    Elm və təhsil
9.    Dövlət və bələdiyyə saytları
10.  Elektron xidmətlər
11.  İstifadəçi kontenti üzərində qurulmuş saytlar

TK tərəfindən ehtiyac olarsa xüsusi nominasiyaların müəyyən olunacağı nəzərə alınıb.
Təşkilat Komitəsinin və Münsiflər Heyətinin tərkibinə yeni üzvlərin seçilməsi məqsədəuyğun hesab olunub və bununla bağlı namizədlərin AİF –in toplantısında təsdiq edilməsi qərara alınıb.
Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilməyəcəyi bir aha diqqətə çatdırılıb
TK bir daha bildirir ki, Münsiflər Heyətinin verdiyi səslər və onların əsaslandırılması  Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az   saytında yerləşdirilir.
Toplantıda müsabiqəyə təqdim olunan saytların keyfiyyətinə xüsusi diqqət yetirilməsi , qiymətləndirmə kriteriyalarının dəqiqləşdirilməsi, Milli Net saytının təkmilləşdirilməsi, mükafatlandırma mərasiminin daha yüksək səviyyədə keçirilməsi ilə bağlı təkliflər səslənib və nəzərə alınıb.
Ötən illərdə olduğu kimi bu il də Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcək.
Milli Net TK –nın toplantısında Müsabiqəyə dəstəklə bağlı müvafiq qurumlara müraciət edilməsi məqsədəuyğun hesab edilib
Milli Net TK bildirir ki, ötən ilki Milli Net 2011 –in  keçirilməsinə  Azercell , Delta Telecom və RİTN dəstək veriblər.

Geniş məlumat : www.millinet.az 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar