Fontu böyüt:
Azərbaycan Beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgi və konfransı BakuTel öz korporativ loqotipini dəyişdirib.
Sözügedən proses ITE Group Plc şirkətinin müxtəlif ölkələrdə təşkil etdiyi telekommunikasiya sərgilərinin genişmiqyaslı rebrendinqi çərçivəsində həyata keçirilib. Yeni üslub, ilk növbədə, sözügedən layihənin müasirliyini və dinamikliyini əks etdirmək üçün nəzərdə tutulub. Sərginin yeni nişanı kompüter və informasiya texnologiyaları sahəsi və onun innovasiyalarını parlaq şəkildə təqdim edən, müasir, hərtərəfli və texnoloji loqotipdir.
Xatırladaq ki, yeni loqo payızda baş tutmuş BakuTel 2010 çərçivəsində ilk dəfə təqdim edilib.