İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Xocalıya ədalət” kampaniyasının Facebook səhifəsində yeni qlobal kampaniyaya start verilib

01.10.2010 [11:34]

Fontu böyüt:      

Dialoq və Uğrunda İslam Konfransı Təşkilatı Əməkdaşlıq Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının Facebook səhifəsində yeni qlobal kampaniyaya start verilib. İKGF Bakı Ofisindən

 Dialoq və Uğrunda İslam Konfransı Təşkilatı Əməkdaşlıq Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının Facebook səhifəsində yeni qlobal kampaniyaya start verilib. İKGF Bakı Ofisindən APA-ya verilən xəbərə görə “Ədalət naminə Dostunu işarələ” adlanan kampaniya Facebook sosial şəbəkəsinin verdiyi imkanlardan istifadə edilməklə Xocalı soyqırımı haqqında həqiqətləri daha geniş beynəlxalq auditoriyada, xüsusilə Facebook-un 500 milyon istifadəçisi arasında yaymaq məqsədi güdür. Kampaniyanın birinci mərhələsi “Dostunu işarələ, Darfuru xilas et” adlanır.

Səhifədə hər həftə yüklənəcək şəkildə dostunu işarələyən şəxs hər işarələnən dosta görə “Save Darfur” (“Darfuru xilas et”) kampaniyası üçün Facebookda açılmış hesab vasitəsilə maliyyə yardımı etmiş olacaqdır. Beləliklə, həm Xocalı həqiqətləri dünyaya çatdırılacaq, həm də sadə insanlar “Xocalıya ədalət” kampaniyası vasitəsilə Darfurda soyqırım qurbanlarına maddi yardım etmək fürsəti əldə edəcəklər. Kampaniya oktyabrın 2-dən başlanır. Kampaniyanın internet ünvanı belədir:
http://www.facebook.com/pages/Justice-for-Khojaly-Campaign/101823787520#!/pages/Justice-for-Khojaly-Campaign/101823787520?v=wall

Qeyd edək ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində 2 il ərzində dünyanın 50-yə yaxın ölkəsində müxtəlif xarakterli tədbirlər və aksiyalar keçirilib. ABŞ-da sosial mövzularda yaradıcılığı ilə tanınımış rep ifaçısı Toni Bləkman və Azərbaycanın rep qrupu “Dəyirman” tərəfindən ifa edilmiş “Xocalıya ədalət” rep üslublu mahnının təqdimatı Xocalı faciəsi həqiqətlərinin dünyada yayılmasında xüsusi rol oynayıb.
Kampaniyanın fəaliyyətini əlaqələndirən İKGF-nin təşəbbüsü ilə bu il Kampalada (Uqanda) İKT üzv dövlətlərin Parlament Birliyi və Düşənbədə (Tacikistan) keçirilən İKT Xarici İşlər Nazirlərinin Konfransı tərəfindən qəbul edilən sənədlərdə Xocalı qırğını “insanlığa qarşı cinayət” kimi qiymətləndirilmişdir. Hal-hazırda kampaniya çərçivəsində Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsi məqsədilə hazırlanmış petisiyaya beynəlxalq imza toplama aksiyası keçirilir.
http://justiceforkhojaly.org/?p=petition


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar