21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Cümə günü Estoniya parlamenti regional və ümummilli seçkilər zamanı mobil telefon vasitəsi ilə səs verməyi mümkün edən qanun qəbul edib. Dünya təcrübəsində ilk dəfə Estoniya qanunvericiləri tərəfindən qəbul olunmuş həmin qanun artıq 2011-ci ildə səsverməni mobil telefondan həyata keçirməyi mümkün edəcək. Qeyd edək ki, məhz həmin vaxtda Estoniyada parlament seçkiləri nəzərdə tutulub.
Xatırladaq ki, ötən il Estoniyada əhaliyə xüsusi sayt və şəxsi məlumatları vasitəsi ilə seçkilərdə iştirak etmək imkanı verən internet-səsvermə təcrübəsi tətbiq olunub. Estoniya vətəndaşları üçün şəxsiyyət vəsiqəsi hazırlanması ilə məşğul olan SK (Estoniya Sertifikasiya Mərkəzi nümayəndəsi Raul Kaydronun sözlərinə görə yeni mobil səsvermə sistemi artıq uğurla sınaqdan keçirilib. Bu sistemin tətbiqi zamanı seçicilərə, onların mobil telefonları üçün xüsusi çiplər verilməlidir ki, həmin çip, mobil telefon sahibinin təhlükəsiz eyniləşdirilmə funksiyasını yerinə yetirəcək. Bundan əlavə R.Kaydro qeyd edib ki, mobil səsvermə üçün yaradılmış proqram təminatı bir tərəfdən tam təhlükəsizdir, digər tərəfdən isə burada belə vəziyyətdə səsvermə nəticələrinin müdaxilə hallarının qarşısı alınır. Bu texnologiyanın iş prinsipi elektron imza əsasında qurulub.
Cybersecurity-nin məlumatına görə, analoji mobil səsvermə sistemlərinin işlənib hazırlanması digər ölkələrdə də həyata keçirilir, lakin buna baxmayaraq, Estoniyada hazırlanmış sistem hətta 2011-ci ildə tətbiq olunsa belə, bura həmin texnologiyanı reallaşdırılmış ilk ölkə olacaq.
xeberler.az/Ellada