İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

ULTRA şirkətinin prezidenti Tahir Mirkişilinin müsahibəsi

29.07.2010 [05:55]

Fontu böyüt:      

Gələcəkdə şirkətimiz, müxtəlif təbii kataklizmlər zamanı dövlət əhəmiyyətli informasiyanın qorunması üçün ölkənin regionlarında DATA mərkəzlərin yaradılmasını planlaşdırır.
ULTRA şirkətinin prezidenti Tahir Mirkişilinin müsahibəsi
 
- Tahir müəllim, elektron xidmətlərin tətbiqi barədə Sizin fikriniz, yerli əhali elektron xidmətlərdən istifadə etməyə hazırdırmı?
 
- Avropa ölkələrində əhalinin 70 faizi elektron xidmətlərdən istifadə edir. Azərbaycanda isə gündəlik həyatda elektron resurslardan yararlanmağa yalnız əhalinin 30 faizi hazırdır. Belə düşünürəm ki, ölkədə bu sahədə vəziyyət dinamik sürətdə dəyişəcək. Təqaüdçülərimiz bankomatlardan istifadə etməyi öyrəniblər, bu isə o deməkdir ki, digər elektron xidmətlər də Azərbaycanın sıravi vətəndaşların gündəlik həyatlarında tədricən öz yerini tapacaq. Bu prosesi sadəcə olaraq canlandırmaq lazımdır. İT texnologiyalar sahəsində yeniliklərin tətbiq olunması istənilən cəmiyyətdə inqilabi bir prosesdir. Arxasınca böyük kütləni apara biləcək liderlər, eləcə də şirkətlərin bu işə həvəsləndirilməsi vacibdir. Amerikada 90-cı illərdə əhalinin yalnız 10 faizi alış-veriş əməliyyatları üçün internetdən istifadə edirdi. ABŞ hakimiyyəti tərəfindən internetdə məhsul satışı həyata keçirən şirkətlər üçün mənfəət vergisinin iki dəfə azaldılmasından sonra, beş il ərzində elektron xidmət istifadəçilərinin sayı 80 faizədək artmışdır. 
Azərbaycanda elektron xidmətlərinin istifadə əhatəsinin genişləndirilməsi istiqamətində elektron təklif və xidmətlərin spektrini genişləndirmək, eləcə də onların keyfiyyətini artırmaq lazımdır.
 
- Elektron idarəetmə və sənəd dövriyyəsi sistemləri haqqında nə deyə bilərsiniz, bu, idarələrə və vətəndaşlara nə verəcək?
 
 - Ultra İqtisadi İnkişaf Nazirliyində elektron idarəetmə sistemini tətbiq edir. Layihə artıq yekun mərhələdədir. Nəticədə dövlət qurumunda kargüzarlıq, eləcə də kadr və maliyyə uçotu tam elektron formaya keçiriləcək. Bununla yanaşı sözügedən nazirlikdə “Vətəndaşların elektron müraciəti” xidməti yaradılır. Bu o deməkdir ki, istənilən vətəndaş bu və ya digər məsələ üzrə nazirliyə müraciət edərsə, öz ərizəsinin baxılma mərhələlərini internet vasitəsilə izləyə bilər.
Elektron sənəd dövriyyəsi sisteminə gəldikdə isə, artıq Maliyyə Nazirliyi ilə müvafiq müqavilə imzalanıb və daha iki nazirliklə bu sahədə danışıqlar aparılır. Elektron sənəd dövriyyəsinə qoşulacaq dövlət müəssisələrinin sayının durmadan artacağında əminəm. Vacib istiqamətlərdən biri də odur ki, vəsait və vaxta qənaətlə yanaşı, elektron sənəd dövriyyəsi sistemi həmçinin mühüm informasiyanın itirilməsinin qarşısı almağa kömək edir.
Gələcəkdə şirkətimiz, müxtəlif təbii kataklizmlər zamanı dövlət əhəmiyyətli informasiyanın qorunması üçün ölkənin regionlarında DATA mərkəzlərin yaradılmasını planlaşdırır.
 
- Siz həmçinin İKT-nin təhsildə tətbiqinə yönəldilmiş layihələrdə də iştirak edirsiniz.
 
- Bəli, “Elektron təhsil” layihəsi də fəaliyyətimizin istiqamətlərindən biridir. “Elektron təhsil” çərçivəsində biz, tərəfdaşlarımızla yanaşı, paytaxt və respublikanın digər regionlarının məktəblərinin kompüterləşdirilməsi və onların vahid şəbəkədə birləşdirilməsinə dair işlərdə iştirak edirik. Qabaqcıl mərkəzləşdirilmiş sistemə qoşulmuş məktəblərin sayı tədricən artacaq.
Qeyd etmək istərdim ki, bu gün, Ultra Qazaxıstan və Ukraynada yerli “Elektron təhsil” layihəsinin həyata keçirilməsi istiqamətində danışıqlar aparılır.
 
 
- Cari ilin fevral ayında Azərbaycan-Belarus forumu çərçivəsində Ultra şirkəti Belarusdan olan tərəfdaşlarla müqavilə imzalamışdır. Sözügedən əməkdaşlıq barədə nə deyə bilərsiniz?
 

- Belarus tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində biz “Elektron bank” layihəsinin birgə həyata keçirilməsi üzərində işləyirik. Sözügedən layihə çərçivəsində şirkətimiz Azərbaycanın 10 aparıcı bankından 6-sı ilə əməkdaşlıq edir. Nümayəndələrimiz ölkənin daha üç bankı ilə layihə üzrə saziş imzalanmasına dair danışıqlar aparırlar. “Elektron bank” layihəsinin reallaşdırılması istiqamətində bank sisteminin tam elektron varianta keçirilməsi üçün tərəfimizdən universal proqram təminatı yaradılıb.

Qaynaq: mincom.gov.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar