İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnternetə maraq azalır?!

19.01.2009 [11:42]

Fontu böyüt:      

Qlobal Şəbəkənin təhlili ilə məşğul olan Netcraft analitik şirkəti saytların sayı barədə yanvar hesabatını təqdim edib. Şirkət qeyd edir ki, 1994-cü ildən saytların sayı barədə aylıq qeydiyyat aparır və son 15 il ərzində şəbəkədə saytların sayının durmadan artması müşahidə olunur.

 

  Qlobal Şəbəkənin təhlili ilə məşğul olan Netcraft analitik şirkəti saytların sayı barədə yanvar hesabatını təqdim edib. Şirkət qeyd edir ki, 1994-cü ildən saytların sayı barədə aylıq qeydiyyat aparır və son 15 il ərzində şəbəkədə saytların sayının durmadan artması müşahidə olunur.

  Lakin cari ilin yanvar ayında bu prosesdə dönüş hiss olunub. Belə ki, 1 yanvar tarixinə olan vəziyyətə dair məlumatlara əsasən, Netcraft-ın bazasında 185 497 213 resurs haqqında informasiya mövcuddur. Dekabr ayında isə resursların sayı 1,23 milyon daha çox idi. Bu cür enmənin səbəblərini Netcraft obyektiv, enmə prosesinin özünü isə şəbəkənin xüsusiyyətlərinə “qeyri-uyğun” adlandırır.

  Mütəxəssislərin fikrincə Qlobal Şəbəkədə resursların sayının enməsi əsasən iki səbəbdən irəli gəlir. Birincisi, bu maliyyə böhranıdır ki, belə vəziyyətdə istifadəçilər İnternetə dair xərclərə qənaət etmək məcburiyyətində qalır, reklamsız qalan layihələr dayandırılır. Mütəxəssislər qeyd edirlər ki, şəbəkəyə televiziya və radiodan reklam verənlərin axınını gözləyən internet agentliklərinin, böhranın reklam üçün əlverişli olacağına dair “proqnozları”  özünü doğrultmur. Ən azından, rəqəmlər internetdə fəallığın azalmasından xəbər verir. İkinci səbəbi milad və yeni il bayramları ilə əlaqədar ənənəvi məzuniyyət və tətillərlə əlaqələndirmək olar, Cybersecurity. yazır.

  Cari ay ilə bağlı vəziyyətə dair Netcraft bundan da “qəmgin” proqnozlar təqdim edir, səbəb isə yanvar ayının ənənəvi olaraq biznes baxımından sakit ay hesab olunmasıdır.

 

xeberler.az/Ellada


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar