İspaniyanın Barselona şəhərində “GSMA” təşkilatının sponsorluğu ilə keçirilən illik “Mobile World Congress” sərgisində Azərbaycanın “Mobitel” və İsrailin “Lifewatch” şirkətləri arasında müqavilə imzalanıb.

İCTnews-ün verdiyi məlumata görə müqavilənin şərtlərinə uyğun olaraq, artıq bu ilin ikinci rübündə Azərbaycanda daxili tibbi diaqnostika sensoru ilə təchiz edilmiş unikal “ağıllı” telefonların satışına başlanılacaq.
Hazırda dünyada analoqu olmayan bu unikal “ağıllı” telefon istifadəçiyə elektrokardioqrama, qanda şəkərin səviyyəsinin ölçülməsi, nəbz, temperatur və sair kimi tibbi testlərdən sərbəst surətdə keçməyə imkan yaradacaq.
Son 20 ildə tibbi avadanlıqların işlənib hazırlanması və istehsalı üzrə ixtisaslaşmış “Lifewatch” şirkəti ilk dəfə olaraq hazırladığı tibbi sensorları “ağıllı” telefonla əlaqələndirib.