Fontu böyüt:
Multimedia Mərkəzi tərəfindən 01 fevral 2009-cu il tarixdən etibarən ictimai informasiya subyektlərinin ( dövlət orqanları və bələdiyyələrin) rəsmi internet resurslarının aparılan monitorinqi davam edir.
Daha əvvəl Azərbaycan Respublikası prezidentinin - www.president.az, Azərbaycan Respublikası Milli Məclisinin - www.meclis.gov.az və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin - www.justice.gov.az rəsmi İnternet saytının monitorinq nəticələrinin açıqlanması barədə məlumat vermişdik.
Hazırda daha iki resursun - Daxili İşlər Nazirliyinin - www.din.gov.az və Milli Təhlükəsizlik Nazirliyinin - www.mns.gov.az rəsmi internet resurslarının monitorinq nəticələri və saytların təkmilləşdirilməsi ilə bağlı tövsiyələr informasiya.org saytında yerləşdirilən nəticələrə əlavə olunub.
Qeyd edək ki, Monitorinq prosesində 50 dövlət qurumunun və 10 Bələdiyyənin rəsmi internet resursunun informasiya açıqlığı vəziyyətinin araşdırılması nəzərdə tutulub.