İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

ANS MYMŞ Yaradıcılıq Şurası bəyanat yayıb

19.06.2009 [21:21]

Fontu böyüt:      

ANS MYMŞ Yaradıcılıq Şurası MTRŞ-ın ANS ÇM-in guya qurumun Xüsusi Qaydalarını pozması barədə KİV-ə verdiyi məlumatların araşdırılmasını başa çatdırıb.

ANS MYMŞ Yaradıcılıq Şurası MTRŞ-ın ANS ÇM-in guya qurumun Xüsusi Qaydalarını pozması barədə KİV-ə verdiyi məlumatların araşdırılmasını başa çatdırıb.Bu barədə http://anspress.com saytında məlumat verilib.

Məlumatda bildirilir ki, ANS Müstəqil Yayım və Media Şirkətinin Yaradıcılıq Şurası Milli Televiziya və Radio Şurasının ANS ÇM-in guya “Teleradio yayımı haqqında” qanunun 32.0.9 maddəsinin milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl əməl olunması ilə bağlı tələblərini və uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran hallarla bağlı MTRŞ-ın qəbul etdiyi Xüsusi Qaydaları pozduğu barədə Kütləvi İnformasiya Vasitələrinə verdiyi məlumatların araşdırılmasını başa çatdırıb. Bu gün keçirilən toplantıdan sonra Yaradıcılıq Şurasının sədri Mirşahin Ağayev mətbuata açıqlama verib:

«ANS-in hüquq departamentinin də yaxından iştirakı ilə çox səylə apardığımız 3 günlük araşdırmalar göstərdi ki, Milli Televiziya və Radio Şurasının ANS ÇM radiostansiyasına şifahi xəbərdarlığı barədə KİV-də yayılan məlumatlar əsassızdır və bu barədə təcili təkzib verilməlidir ». Mirşahin Ağayevin sözlərinə görə, ANS-in Yaradıcılıq Şurası araşdırmalar zamanı Milli Teleradio Şurasının məlumatını heç bir fakta əsaslanmayan, hansısa qeyri-müəyyən çoxsaylı dinləyici zənginə söykənən qərəzli məlumat olduğu qənaətinə gəlib.

Xatırladaq ki, bu yaxınlarda MTRŞ-ya ANS ÇM-in «Gənc Klub» verilişi ilə bağlı radio-stansiyanın Baş Direktoru və hüquqşünası dəvət edilərək onlara burada milli-mənəvi dəyərlərə əməl olunmaması barədə irad bildirilmişdi. Lakin radio rəsmiləri bu ittihamlarla qətiyyən razılaşmayaraq həmin verilişin yazıldığı diski təqdim etmişdilər. Televiziya və Radio Şurası isə diskə QULAQ asmaqdan imtina edərək «çoxsaylı dinləyici zənglərini» istinad gətirmişdi. Radionun təmsilçiləri Qurumu tərk edəndən dərhal sonra Şura Kütləvi İnformasiya Vasitələrinə guya ANS ÇM-in Gənc Klub verilişində bir neçə dəfə milli-mənəvi dəyərləri nəzərə almayan, etik normalara uyğun olmayan halların qeydə alınması və radiostansiyanın milli-mənəvi dəyərlərə zidd olan mövzuları müzakirəyə çıxarmaqla Teleradio yayımı haqqında qanunun tələblərini və MTRŞ-nın qəbul etdiyi Xüsusi Qaydaları pozması barədə məlumat ötürmüşdü.
Mirşahin Ağayevə görə isə «Əslində bu iddia heç bir real fakta əsaslanmayan, hansısa qeyri-müəyyən dinləyici zənglərinə söykənən, həqiqətdən çox uzaq məlumatdır və ANS-i gözdən salmağa yönəlmiş kampaniyanın tərkib hissəsi olmaqdan başqa bir şey deyil.

Vitse-prezident daha sonra deyib: «Biz məlumatı araşdırdıq və birmənalı şəkildə əmin olduq ki, Teleradio yayımı haqqında qanunun nəinki 32.09-cu maddəsinin, ümumiyyətlə heç bir qanunun pozulmasından söhbət belə gedə bilməz. Fəaliyyətinin başlıca xəttini vətənpərvərlik və halallıq təşkil edən ANS-in adının belə hallandırılması onun cəmiyyətdəki nüfuzunun aşağı salınmasına yönəlmiş addımdır.

Şirkətlər Qrupunun vitse-prezidenti daha sonra deyib: «MTRŞ ötən il noyabrın 11-də də ANS TV-ni qərəzli cəzalandırmışdı. O vaxt ANS Milli Televiziya və Radio Şurasına rəsmi etiraz məktubu göndərməklə ANS TV-yə elan edilmiş xəbərdarlığı ləğv etməyə çağırsa da, qurum bu müraciəti cavabsız buraxmışdı.

Bütün bunların təsadüfi olmadığını, əksinə tədricən cəmiyyətdə ANS-in qanunlara sayğısız yanaşdığını təlqin etmək məqsədi daşıdığını deyən Mirşahin Ağayev daha sonra bildirib: «Mən demokratik Azərbaycanda yaşadığımıza inanıram və əminəm ki, prezident İlham Əliyevin müdaxiləsindən sonra öz fəaliyyətini bərpa edən şirkətimizi gözdən salmaq mümkün olmayacaq. MTRŞ-nın ANS ÇM-i milli və mənəvi dəyərləri pozan verilişlər yaymaqda günahlandırmasına gəlincə, bu, Azərbaycanın qəhrəmanlıq tarixini özündə əks etdirən ANS-ə yönəldilmiş əsassız ittihamdır və arxasında məkrli məqsədlər var. ANS - milli-mənəvi dəyərlərin bayraqdarıdır və ona məhz bu zəmində ləkə vurmağa çalışmaq təxribatdan başqa bir şey deyil».

Mirşahin Ağayev fikrini belə yekunlaşdırıb: «3 ilə yaxındır ki, ANS MTRŞ-ın əsassız qərarlarına və qeyri-real iddialarına münasibət bildirməmək siyasəti yürüdür. Biz bununla qarşı tərəfə öz qərarlarına daha peşəkar yanaşmaq şansı verirdik. Amma görünür Milli Televiziya və Radio Şurasında bu davranışı başqa şəkildə qəbul edirlər. Biz bundan sonra Qurumun obyektivlikdən uzaq qərarlarına münasibətimizi dərhal bildirəcəyimizi bəyan etməklə Milli Televiziya və Radio Şurasını öz addımlarında daha məsuliyyətli olmağa çağırırıq. İlk belə addım isə ANS ÇM-ə şifahi xəbərdarlıq edilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumatların təkzib edilməsi ola bilərdi və biz bunun məhz belə olacağına inanırıq».


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar