Fontu böyüt:
Amerikanın nəhəng ticarət şəbəkələri ABŞ konqresini onlayn şəbəkələrə və Çinin Alibaba şəbəkəsinə verilən xüsusi vergi güzəştlərini dayandırmağa çağırıb. Xəbəri Reuters agentliyi yayıb.
Xeberler.az bildirir ki, Best
Buy, Target, JC Penney və digər nəhəng ticarət şəbəkələrini birləşdirən Alliance
for Main Street Fairness assosiasiyası bildirib ki, Alibaba və digər onlayn ticarət
şəbəkələri üçün vergi güzəştləri qalarsa, bu şəbəkələr ABŞ-da olan bütün rəqiblərini
məhv edəcəklər.
Çinin nəhəng Alibaba şəbəkəsi
Amazon və eBay ticarət şəbəkəsi ilə müqayisədə daha böyük həcmdə sifarişləri qəbul
edir. Lakin şirkət ABŞ-da öz istifadəçi auditoriyasını hələlik yığa bilməyib.
Alibaba şəbəkəsinin ilk təqdimatı
bu ilin ən səs-küylü hadisəsinə çevrilib.