Fontu böyüt:
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçim günü 8 gündən sonra olacaq. Bu barədə məlumatı İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli bildirib.
Şura sədrinin sözlərinə görə, səsvermə bir dəfə keçiriləcək: On gün müddətinə olmalıdır. Hazırda sənədlər yoxlanılır. Kimin daha uyğun olub-olmadığını qeyd edirik. Hər kəs özündə rəy yaradır ki, səsvermə günü namizədləri şura üzvləri tanısınlar. O proses bu dəqiqə gedir. Səsvermə gününün nə zaman olacağı isə bir neçə günə müəyyənləşəcək. Hələ ki dəqiqləşdirilməyib.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə şirkətin hazırkı baş direktoru İsmayıl Ömərov, Azad Azərbaycan telekanalının əməkdaşı Bəhruz Məhərrəmov və İTV-nin əməkdaşı Azad Məmmədov iddialıdırlar.