Fontu böyüt:
Windows 7 əməliyyat sistemi touch ekranı dəstəkləyir və daha da inkişaf etmiş və qabaqcıl funksiyaları özündə birləşdirir. Yeni növ əməliyyat sisteminin qiyməti isə heç də ucuz deyil.
Ümumiyyətlə Microsoft proqramları dünya bazarında bahadır.Bunu nəzərə alan Microsoft şagirdlər üçün Windows 7-nin qiymətində yüksək endirim edir. Bu güzəştli qiymət İngiltərədə və Amerikada yaşayan və təhsil alan, şagirdlərə aiddir.
Microsoft Windows 7 istifadə etmək istəyən şagirdlərə yeni əməliyyat sistemini yalnız 30 dollara (ya da İngiltərədə 30 sterlinqə) təqdim etməyə qərar verib. Bu qiymət Home Premium və Professional distributivləri üçün də etibarlıdır.
Windows 7-nin rəsmi bazara çıxış tarixi 22 oktyabr olacaq. Şagirdlərə xüsusi endirim isə 3 Yanvar 2010-cu il tarixinə qədər etibarlıdır. Bu tarixdən sonra isə alıcılar yeni əməliyyat sistemi üçün normal qiymətlər ödəmək məcburiyyətindədirlər.