Fontu böyüt:
“Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova tutduğu postdan istefa verib.
Xədicə İsmayılova verdiyi açıqlamasında bildirib ki, o, bu qərara keçən həftə gəlib: “Çoxdandı bu barədə düşünürdüm. Ötən həftə rəhbərliklə müzakirə etdik və istefam qəbul olundu. Yaradıcılıq və inzibati işlər bir arada getmirdi. Mən də çox fikirləşib, jurnalistikanı, yaradıcılığı seçdim”.
Gündəlik proqramları olduğunu və radioda jurnalist fəalyyətinə bundan sonra davam edəcəyini deyən Xədicə İsmayılova öz postuna kimin gələcəyini bilmir: “Bu artıq mənim işim deyil.”
mənbə: var.az