Fontu böyüt:
13-16 noyabr tarixlərində uşaq və yeniyetmələr arasında «Xəmsə» Milli İntellektual Oyununun Azərbaycan Çempionatının final mərhələsi keçiriləcək. Gənclər və İdman Nazirlyinin (GİN) mətbuat xidmətindən verilən məlumata əsasən, keçən müddət ərzində rayon və 8 zona üzrə seçmə yarışma mərhələləri keçirilib ki, ümumilikdə qalib gələn 22 komanda finalda qalibiyyət uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, «Xəmsə» Oyununun I Azərbaycan Çempionatı Prezident İlham Əliyevin 18 fevral 2009-cu il tarixli Sərəncamı ilə təsdiq olunan “2009-cu ilin Uşaq ili elan edilməsi ilə bağlı Tədbirlər planı”-nın icrasının təmin edilməsi məqsədi ilə uşaq və yeniyetmələr arasında keçirilir.