21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Prezidenti yayında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə 109 layihə təqdim olunub.
Bu barədə APA-ya fondun icra direktoru Vüqar Səfərli bildirib. O deyib ki, layihələr mətbuat orqanları, jurnalist təşkilatları və informasiya agentlikləri tərəfindən təqdim edilib: “Bu gün saat 18.00-da layihələrin qəbulu dayandırılıb. Əslində, layihələrin qəbulu 16.00-da dayandırılmalı idi. Lakin axırıncı gün olduğundan göndərilən bütün layihələri qəbul etdik”.
V. Səfərli deyib ki, hələlik layihələrin nə qədərinin hansı qurumlar tərəfindən təqdim olunduğu araşdırılmayıb. Layihələr tam araşdırılandan sonra gələn həftənin ortalarında ekspertlərə təqdim olunacaq. Artıq Fond layihələri araşdıracaq ekspertləri müəyyənləşdirib və onlarla müqavilələr bağlayıb. Avqust ayı ərzində layihələr qiymətləndirilərək fonda təqdim olunacaq: “Hesab edirik ki, sentyabrın 1-də müsabiqənin qalibləri elan edə və onlarla ilk müqavilələrimizi bağlaya biləcəyik”.