İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

ABŞ internet üzərində nəzarət hüququndan 2015-ci ildə imtina edəcək

31.03.2014 [09:46]

Fontu böyüt:      

Hazırda internetin fəaliyyəti ilə bağlı bir çox məsələlər ABŞ Ticarət Nazirliyi, məhz onun tabeçiliyində olan “NTIA” qurumunun nəzarəti altındadır.
Hazırda internetin fəaliyyəti ilə bağlı bir çox məsələlər ABŞ Ticarət Nazirliyi, məhz onun tabeçiliyində olan “NTIA” qurumunun nəzarəti altındadır. Bu halda birbaşa nəzarət “ICANN” (internetdə domen adları və zonalarının verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı – Internet Corporation for Assigned Names and Numbers) tərəfindən həyata keçirilir. Adı çəkilən qurumun “NTIA” ilə müqavilə müddəti 2015-ci ilin payızında bitir.
İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (2003-cü ildə Cenevrə və 2005-ci il Tunis) keçirilməsi zamanı internet üzərində beynəlxalq nəzarəti təmin etmək təklif edilib. ABŞ rəsmiləri nəzarəti əlindən vermək istəməyib. Hazırda ABŞ-ın bu məsələ ilə bağlı mövqeyi dəyişib. Cari il martın 14-də verilmiş bəyanata əsasən, ABŞ domen adları sistemi və ümumilikdə “Ümumdünya hörümçək toru”na nəzarət səlahiyyətindən imtina etmək niyyətindədir. Ehtimal ki, ABŞ xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş elektron izləmə qalmaqalı fonunda beynəlxalq tənqid buna səbəb olub.
Beləliklə, ABŞ 2015-ci ildə internet üzərində nəzarət səlahiyyətindən imtina edəcək. “NTIA”-nın direktoru Lourens Striklinq deyib:
"2015-ci il internetdə domen adları və zonalarının verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı idarəetməsinin başqa etibarlı modelini tapmaq lazımdır".
Lakin ABŞ-ın internet üzərində nəzarət hüququndan imtina etməsi problemi həll etməyib. İndi 2015-ci ildən sonra internet üzərində səlahiyyəti hansı qurumun həyata keçirəcəyini müəyyən etmək lazımdır.
Striklinqin bəyanatından sonra internet üzərində sonrakı nəzarətlə bağlı mübarizəyə başlanılıb. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) öz marağını çoxdan bəyan edib.
"İnternet üzərində nəzarət səlahiyyətini Birləşmiş Millətlər Təşkilatı (BMT) və ya BMT ilə bağlı təşkilat vasitəsilə həyata keçirmək daha yaxşı olardı" – 2013-cü ilin payızında BTİ-nin baş katibi Hamadun Ture deyib.
Lakin ekspertlərin fikrincə, BTİ-nin şansı azdır, çünki ABŞ hakimiyyəti bildirib ki, internet ünvanlar üzərində idarəetmənin hökumətlərarası təşkilatın səlahiyyətinə verilməsi qəbuledilməzdir.
Nəticədə, internet üzərində nəzarəti həyata keçirəcək fövqəlmilli orqan yaradılması sualı “ICANN”-ın martda Sinqapurda keçirilmiş beşgünlük görüşündə gündəlikdə duran məsələlərdən olub. Variantlardan biri BMT tərəfindən təsis edilən illik İnternet İdarəçilik Forumunun “ICANN”-ı təlimatlandıracaq və nəzarəti həyata keçirəcək beynəlxalq parlamentə verilməsidir. Lakin bunun üçün ilk növbədə forumun BMT-nin nəzarətindən çıxarılması tələb olunur. Ekspertlərin əksəriyyəti  bunun mümkünlüyünə inanmırlar. Onlar narahatdırlar ki, 2015-ci ildə İnformasiya Cəmiyyəti üzrə növbəti Ümumdünya Sammitində bu müzakirə meydançası sadəcə başqa ölkələrin təzyiqi nəticəsində ləğv ediləcək.
Rusiya, Çin, Türkiyə və inkişaf edən iqtisadiyyata malik bəzi ölkələr internet üzərində nəzarəti təyin etməyə çalışırlar. Bu ölkələr qismən milli səviyyədə ünvanlar sistemini nizamlamaq istəyirlər. Lakin bu halda hər bir ölkə və ya Avropa Birliyi internetdə ünvanlar üzərində şəxsi idarəetmə sistemini yarada və istifadə edə bilərdi. (ICTnews)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar