Fontu böyüt:
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası İctimai Televiziya ilə birgə layihə həyata keçirməyə başlayıb.
Bu haqda bir müddət əvvəl başlanan müzakirə və məsləhətləşmələr ötən həftə hər iki qurumun rəhbərlərinin görüşündə razılıqla nəticələnib. Bundan sonar QHT-lər haqqında əhatəli televerilişin mütəmadi olaraq hər ay efir üzü görməsi ideyasını tərəflər müsbət qiymətləndirib.
Qeyd edilib ki, ölkədə vətəndaş cəmiyyətinin inkişafına və möhkəmləndirilməsinə dəstək vermək hər iki qurumun Əsasnamə məqsədlərinə daxildir. Bu mənada Şura ilə İctimai Televiziyanın əməkdaşlığının cəmiyyət üçün dəyərli nəticələr verəcəyinə inam ifadə olunub.
QHT fəaliyyətinin Şura ilə əlaqəli bir sıra məqamlarının analizinə həsr edilmiş ilk televeriliş İctimai Televiziyada artıq çəkilib. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, Şuranın üzvü Gülnarə Hüseynova, eləcə də QHT sədrləri Umud Rəhimoğlu, İsrail İsgəndərov və Qorxmaz İbrahimli televerilişdə ekspert qismində çıxış edərək, Şura tərəfindən maliyyələşdirilən layihələrin monitorinqinin I mərhələsinin yekunları barədə danışıblar.
Televerilişdə iştirak edən, Şuranın maliyyə dəstəyi ilə layihə həyata keçirən QHT rəhbərləri monitorinqin nəticələrinə münasibət bildiriblər.Veriliş bu həftə İctimai Televiziyanın efirində nümayiş etdiriləcək