ABŞ-ın Apple Inc - dünyanın ən bahalı şirkətinin bazar kapitallaşması Nyu-Yorkda keçirilən hərraclar zamanı ilk dəfə olaraq 600 milyard dollar səviyyəsini ötüb.
ABŞ-ın Apple Inc - dünyanın ən bahalı şirkətinin bazar kapitallaşması Nyu-Yorkda keçirilən hərraclar zamanı ilk dəfə olaraq 600 milyard dollar səviyyəsini ötüb.
Xeberler.az-ın RİTN-dən əldə etdiyi məlumatda bildirilir ki, dünyanın ən bahalı şirkəti 500 milyard dollarlıq psixoloji həddi yalnız cari ilin fevralın 29-da adlayıb (martın 7-də üçüncü nəsil iPad-in təqdimatı ərəfəsində). Buna Apple korporasiyası ilə yanaşı, yalnız beş şirkət - Microsoft, ExxonMobil, Intel, Cisco Systems və General Electric nail olmuşdu.
Apple-a kimi yalnız bir şirkət – Microsoft 600 milyard dollarlıq həddi aşa bilib. 1999-cu ilin sonlarında, 2000-ci ilin əvvəlinin 13 günü ərzində Windows istehsalçısının dəyəri 600 milyard dollardan çox olub. Səhmlərin dəyərinin ən yüksək vaxtında – 30 dekabr 1999-cu ildə
Microsoft-un dəyəri 619 milyard dollar təşkil edib. Hazırda bu şirkətin bazar kapitallaşması 260 milyard dollardır.
Qeyd edək ki, bəzi ekspertlər Apple-ın dəyərinin artacağını və yaxın illərdə 1 trilyona çata biləcəyini güman edirlər.