Fontu böyüt:
Qafqaz Universiteti tələbələrinin “Barama” innovasiya mərkəzindəki staj proqramı başa çatıb
Universitetin 10 tələbəsi “Azercell”in bu proqramı çərçivəsində geniş araşdırma aparıblar. Onlar 2 həftə ərzində seçilən mövzu ətrafında iqtisadi-analitik tədqiqat işini yekunlaşdırıblar. “Azercell”dən verilən məlumata görə, proqram çərçivəsində tələbələr sorğu keçirilməsi və təhlil aparılması yolu ilə şirkətin qoyduğu sualları cavablandırıblar. Onlar əldə etdikləri nəticələr əsasında şirkət üçün öz tövsiyələrini hazırlayıblar. Proqram oktyabrın 26-da başa çatıb. İki gün sonra staj proqramında iştirak edən tələbələr araşdırmanın nəticələrini və öz tövsiyələrini “Azercell Telekom” MMC-nin nümayəndələrinə təqdim ediblər.