İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Yeni nəsil SİM-kartlar gəlir

22.11.2010 [10:44]

Fontu böyüt:      

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, operator-şirkətlərin təşəbbüsü bu kommunikasiyaların 2012-ci ildən etibarən adi mobil telefon və smartfonlardan başqa, naviqator, kamera, portativ oyun qurğuları, musiqi pleyerləri və mobil şəbəkələrlə işləmək imkanına malik bir sıra digər qurğular spektrində də tətbiq olunmasını nəzərdə tutulur.

Dünyanın ən iri mobil rabitə operatorları simsiz GSM-kommunikasiyaların tətbiq sahəsinin genişlənməsinə dair yeni təşəbbüslə çıxış ediblər.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, operator-şirkətlərin təşəbbüsü bu kommunikasiyaların 2012-ci ildən etibarən adi mobil telefon və smartfonlardan başqa, naviqator, kamera, portativ oyun qurğuları, musiqi pleyerləri və mobil şəbəkələrlə işləmək imkanına malik bir sıra digər qurğular spektrində də tətbiq olunmasını nəzərdə tutulur.

Mobil operatorlardan ibarət “GSM Association” konsorsiumu mobil telefonlar sahəsindən başqa digər istiqamətlərdə də istifadə oluna biləcək yeni nəsil SİM-kartların yaradılmasına dair planları açıqlayıb. “GSM Association” çərçivəsində “AT&T”, “Verizon”, “Vodafone”, “China Mobile” və “Deutsche Telekom” kimi şirkətlərin təmsil olunduğu İşçi Qrupu yaradılıb. İşçi Qrupu SİM-kartların əvvəlcədən quraşdırılmış tətbiq sahəsi üzrə adaptasiyası ilə məşğul olacaq. Konsorsium nümayəndələrinin sözlərinə görə, müasir SİM-kartlar abunəçinin mobil şəbəkədə identifikasiyasını təmin edən və çıxarıla bilən çip rolunu oynayır. Quraşdırılmış SİM-kartlar isə məsafədən aktivləşdirilə bilən (misal üçün rəqəmli qurğunun ilk işə salınması və ya digər vacib əməliyyat həyata keçirilməsi zaman) qeyri-adi çip olacaq. Ekspertlər qeyd edir ki, hazırda GSM standartları artıq dünya üzrə səsli zənglərin böyük hissəsi, eləcə də şəbəkə trafikinin əhəmiyyətli seqmenti üçün bir bazaya çevrilib.

 Yeni texnologiyanın yaradılmasında məqsəd isə mobil şəbəkələrin tətbiq imkanlarının daha da genişləndirilməsidir. Bu gün SİM-kartların tətbiqi demək olar ki, ənənəvi mobil telefon seqmentindən çıxmır. Bu baxımdan yalnız “Apple iPad” və “Samsung Galaxy Tab” internet-planşetləri, eləcə də yerin təyin olunması üçün nəzərdə tutulan kiçik peşəkar qurğular istisna təşkil edir. Buna görə də operatorların öz şəbəkələrinin istifadə əhatəsinin genişlənməsində və köməkçi servislərin tətbiqindən əldə olunan əlavə gəlirdə maraqları böyükdür. Analitiklər hesab edir ki, yeni texnologiya operator-şirkətlərin öhdəsinə də əlavə tələblər qoyur. Çox güman ki, quraşdırılmış SİM-kartlı qurğuların imkanları mobil şəbəkələr üzrə adi identifikasiya ilə məhdudlaşmayacaq. Burada şəbəkənin siqnalları informasiya mübadiləsi üçün istifadə olunacaq.

Hazırda bir çox operatorların şəbəkələrinin onsuz da yüklənmiş vəziyyətdə olması şirkətləri öz şəbəkələrini daha sürətlə və intensiv qaydada müasirləşdirməyə vadar edəcək. SIM-kartla təchiz olunmuş yeni qurğuların akkumulyator həcminə qarşı tələbatı da artacaq. “WiFi” və ya “WiMax” standartlarına əsaslanan mövcud həllər artıq akkumulyator enerjisini kifayət qədər yüksək göstəricilərlə istifadə edir, yeni informasiya mübadiləsi kanalının olması isə enerji sərfiyyatı tempini daha da artıracaq.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar