Fontu böyüt:
Netty 2010 Azərbaycan milli internet mükafatinda iştirak etmək üçün ərizələrin qəbulu 28 aprel tarixinədək davam edəcək. Bu tarixdə saytların qəbulu və virtual jüri üzvlərinin yığımı tam şəkildə sona yetəcək.
Təşkilatçıların bildirdiyinə görə, hazırda iştirak etmək məqsədilə 400 veb-layihə öz ərizələrini təqdim edib, onlardan 310 milli sayt müsabiqədə iştirakını davam etməyə buraxılıb. 100 istifadəçi isə jüridə iştirak etməyə hüququnu qazanıb.
Bu anda layihələrin çoxu iştirakçıların təxminən bərabər sayı ilə “Elm və Təhsil”, “İnformasiya və xəbərlər”, “Servis-saytlar” və “Əyləncə” nominasiyalarında qeydiyyata alınıb, iştirakçıların sayı ən az olan nominasiya isə hələlik “Dövlət saytı”dır.
Netty milli internet mükafatı – ümumdünya şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün 2004-cü ildə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
Qeyd edək ki,bir müddət öncə Azərbaycan İnternet Forumu tərəfindən də ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək məqsədilə Milli Net-Milli İnternet Mükafatı təsis olunmuşdur.
Ümumilikdə bu tip müsabiqələrin və mükafatların təsis olunması Azərbaycanın İT-bazarının inkişafı baxımından qənaətbəxş haldır.