İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azerfonda tələbələrə təcrübə imkanı

07.07.2010 [00:17]

Fontu böyüt:      

«Azerfon» Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün «İstedad Sizdə, İmkanlar Bizdə» adlı Yay Təcrübəsi proqramına başlayıb.

«Azerfon» Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün «İstedad Sizdə, İmkanlar Bizdə» adlı Yay Təcrübəsi proqramına başlayıb.

Təcrübəyə başlayan tələbələrlə tanışlıq mərasimi zamanı öz çıxışında «Azerfon» MMC-nin İdarə Heyətinin üzvü Cuneyt Türktan istedadlı gənclərə dəstək olmağın vacibliyindən danışıb.

Onun sözlərinə görə, istedadlı gənclərə karyera imkanlarının yaradılmasına kömək etmək «Azerfon»un korporativ sosial məsuliyyət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir: “Şirkətimiz İKT sahəsində yerli peşəkarlar komandasının inkişafı məqsədilə potensial gənclərin təcrübə qazanmasında maraqlıdır. «İstedad Sizdə» İmkanlar Bizdə» proqramı ali məktəblərin istedadlı tələbə və məzunlarına öz biliklərini təcrübədə tətbiq etmək, gələcək peşə ixtisası ilə yaxından tanış olmaq və təcrübəni uğurla bitirən tələbələrə «Azerfon»da iş yeri qazanmaq imkanını verir”.

Bu proqram üçün seçim Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, «Qafqaz» Universiteti, «Xəzər» Universiteti kimi təhsil müəssisələrində iqtisadiyyat və tətbiqi elmlər öyrənən bakalavr və magistratura tələbələri arasında keçirilib. Proqram tərcümeyi-halların qəbulu, namizədlərin dəyərləndirilməsi və seçim mərhələlərindən ibarət olaraq, 2009-cu ilin dekabr ayından 2010-cu ilin iyun ayına qədər davam edib. İlkin müsabiqə məqsədilə 200 müraciətçi arasında test sorğusu keçirilib və onlardan 34-ü sonrakı mərhələyə keçərək müsahibə prosesində iştirak ediblər.

Seçimin yekunlarına əsasən, yay tətilləri müddətində səkkiz tələbə İnformasiya Texnologiyaları, Şəbəkə Layihələndirilməsi və İnkişafı, Şəbəkə Əməliyyatları və Müştərilərlə Əlaqələr departamentlərində təcrübə keçəcəklər. Təcrübəni uğurla bitirən tələbələrə «Azerfon» şirkətində daimi iş yerləri təklif olunacaq.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar