Fontu böyüt:
MDB ölkələrinin aparıcı alimləri üçün Nanotexnologiyalar üzrə Beynəlxalq Mərkəz yaradılacaq. Mərkəzin yaradılması məsələsi bu günlərdə Dubnada keçirilən informasiya forumunda müzakirə olunub.
Forum Rusiyanın Xüsusi iqtisadi zonaların idarə edilməsi üzrə Federal Agentlik, «Dubna» Birləşdirilmiş Nüvə Araşdırmaları İnstitutu, «Kurçatov İnstitutu» adlı Rusiyanın elmi mərkəzi, MDB ölkələrinin humanitar əməkdaşlıq üzrə Dövlətlərarası Fond və digər aidiyyəti təşkilatlar tərəfindən təşkil edilib.Forum iştirakçıları bu mərkəzi Avropada aparıcı mərkəzə çevirmək niyyətində olduqlarını bəyan ediblər.
Qeyd edək ki, nanotexnologiyalar üzrə mərkəzi artıq bəşəriyyət xeyrinə yeni həyati zəruri kəşflərin beynəlxalq aləti adlandırırlar. Elektrik enerjisinə qənaət və prinsipcə yeni enerji mənbələrinə keçid, ölümcül xəstəliklər üçün nəzərdə tutulmuş dərmanların yaradılması, ərintilərin ixtirası, kosmik istehsal bu sahədə əldə olunan nəticələrin siyahısına daxildir.
Məhz Dubnada yerləşən nanotexnologiyalar üzrə mərkəzdə Beynəlxalq Xətt Kollayderi (İLC) - yeni qiqant sürətləndirici tikiləcək. Bu kollayderdə elektron və pozitron kimi yüngül zərrəciklərin toqquşması nəticəsində müəmmalı qara maddə və qara enerjinin mahiyyətini açmaqda kömək edə biləcək super simmetrik zərrəciklər əldə etməyi fərz edirlər. Qeyd edək ki, kainatın 96%-i məhz bu materiyadan ibarətdir, qalan 4% isə görünən hissənin payına düşür, bu da ulduzlar və planetlərdir.
İlkin hesablamalara görə İLC-nin qiyməti 6-8 mlrd. dollardır, onun xətt üzrə uzunluğu isə 40 km-dir. Rusiya bu məsrəflərin 1,5-2 mlrd. dollarını ödəməyə hazırdır, qalan vəsait isə digər ölkələr tərəfindən ayrılacaq.
Xatırladaq ki, ötən ilin oktyabrında Cenevrədə (İsveçrə) Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) Böyük Adron Kollayderinin (LHC) rəsmi açılışı olub. LHC-nin İLC-dən fərqi onun 27 km uzunluğunda halqavari şəkildə tikilməsidir və bu kollayderdə ağır zərrəciklər (androidlər) toqquşurlar.
Dünya alimlərini bir araya gətirən bu layihədə Azərbaycan Fizika İnstitutunun 6 mütəxəssisi iştirak edir. Alimlər protonların toqquşması ilə «Böyük partlayış»ın miniatürünün yaranacağını və dünyanın yaranma sirrinin açılacağını düşünürlər. «Böyük andron kollayderi» layihəsinin təşkilatçıları yeni mərkəzi 320 kompüter və müasir avadanlıqlarla təchiz edib. Kompüter Mərkəzinə fizika-riyaziyyat elmləri doktoru, layihənin Dubna və Cenevrə üzrə səlahiyyətli nümayəndəsi Övsət Abdinov rəhbərlik edir.