Fontu böyüt:
Dünyada mobil telefon istifadəçilərinin sayı 5 milyard nəfərə çatıb. Bu, İsveçin telekommunikasiya şirkəti “Ericsson” tərəfindən aparılan araşdırma nəticəsində məlum olub.
Şirkətdən verilən məlumata görə, mobil telefon bazarında son 10 ildə 7 dəfə artım qeydə alınıb. Araşdırmada Çində mobil telefonlara olan tələbatın artması əsas səbəb kimi göstərilib. Çin və Hindistanın bazarları sayəsində gündə dünyada mobil istifadəçilərinin sayının 2 milyon artdığı müəyyən edilib.