Fontu böyüt:
Xəbər verdiyimiz kimi, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dekabrın 6-sı - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına həsr olunmuş, həmçinin informasiya cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə müsabiqə elan edib. Amma artlq bu müsabiqəylə bağlı narazılıqlar yaranıb.
Malik Rashidov adlı oxucumuz bu haqda yazır: Olmaz o müsabiqədən.. Sayt işləmir.. Qeydiyyat keçmək mümkün deyil.
Bu sözlərin nə qədər doğru olub-olmadığını öyrənmək üçün http://www.aztelekom.org/iktmusabiqe/ ünvanına daxil olub Səsvermə sisteminə giriş üçün qeydiyyatdan keçmək qərarına gəldik. Amma qeydiyyat sözünün üstünə basanda belə bir səhifə açıldı http://www.aztelekom.org/iktmusabiqe/?action=reg
Müsabiqədə iştirak etmək üçün qeydiyyat bölməsi normal işləsə də, http://www.aztelekom.org/iktmusabiqe/index.php?menu=adv_users&submenu=add_meq səs vermək üçün qeydiyyat bölməsi yararsız haldadır. Amma maraqlısı odur ki, saytda 5 nəfərin qeydiyyatdan keçdiyi yazılıb. Görəsən, həmin 5 nəfər kimlərdir və onlar hansı yolla səsvermək üçün qeydiyyatdan keçiblər.
Xeberler.az saytı bu mövzuya yenidən qayıdacaq.