Fontu böyüt:
“İRƏLİ” İctimai Birliyi Azərbaycanın müxtəlif regionlarında gənclərin, xüsusən gənc müəllimlərin informasiya və kommunikasiya texnologiyaları sahəsində maarifləndirilməsi, ilkin biliklərin formalaşdırılması məqsədilə “İnformasiya Texnologiyaları Akademiyası” adlı maarifləndirici layihəyə start verir.
Birlikdən verilən məlumata görə, Azərbaycanın müxtəlif regionlarında müəllimlərin, yeniyetmə və gənclərin kompüter və internet sahəsində maarifləndirilməsi, ilkin biliklərin formalaşdırılması və regionlar üzrə “İnformasiya Texnologiyaları qrupları”nın yaradılması yolu ilə 1 il ərzində təxminən 50 000 insanın bu proqrama cəlb edilməsi layihənin məqsədidir.
Layihənin tərəfdaşları “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, “HP” Şirkəti, “Microsoft” Şirkəti, “Bestcomp” Şirkəti və “Yumroo” şirkətidir.
Qeyd edək ki,layihənin açılış mərasimi 1 İyun 2009–cu il, saat 10:00–da Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universitetində keçiriləcək.