İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Əli Novruzov: “Mənim üçün əsas olan kiminsə jurnalist və ya blogger sayılmasından daha çox ifadə azadlığı məsələsidir”

16.10.2010 [12:19]

Fontu böyüt:      

Məşhur blogger Əli Novruzov bloqçuluqdan danışır: Oxumaq istədiyim tərzdə yazılara rast gəlmirdim və həmin yazıları özüm yazmağa qərar verdim.

Məşhur blogger Əli Novruzov bloqçuluqdan danışır

Bloqumda ən çox oxunan yazılar heç də ən çox bəyəndiyim yazılar deyil

- Nə zamandan başladı bloq yazmaq sevdası?

- Bloq yazmağa 2008-ci ilin martında başlamışam və ilk bloq yazım da Novruz bayramı gününə təsadüf edir – amma bu sırf təsadüfdür.

Mən uzun müddət cəmi bir bloq tanımışam və ancaq onu oxumuşam. Ona görə də bloq haqqında təsəvvürlərim bu bloq ilə məhdudlaşıb. Həmin bloq həftədə bir dəfə yenilənən, siyasi-ictimai mövzuda, uzun və yumorlu esselərdən ibarət idi.

Bir dəfə necə oldusa, bu qapalı çevrəni qırdım və digər bloqları kəşf etməyə başladım. Bloqosferin zənginliyi onda gördüm və başa düşdüm ki, bloqa, bloqosferə konkret tərif vermək əbəs bir məsələdir.

Özümün bloqa başlamağım isə bir qədər sonra oldu. Deyəsən şair Aqşin deyir – Azərbaycan elə bir ölkədir ki, burada oxumaq istədiyini gərək özün yazasan.

Mənim də bloq yazmağa başlamağımın bir səbəbi bu idi. Oxumaq istədiyim tərzdə yazılara rast gəlmirdim və həmin yazıları özüm yazmağa qərar verdim.

- Bloq ədəbi janrlardan ən çox hansına bənzəyir, memuarlara, yoxsa gündəliklərə?

Yuxarıda dediyim kimi, məncə bloqa, bloqosferə konkret tərif verməyə çalışmaq əbəs məsələdir. Hər bloq müəyyən mənada unikaldır, onları küll halında nə memuara aid etmək olar, nə də gündəliklərə.

Elə bloq var ki, memuar  ya da gündəlik saymaq olar, amma analitik yazılar yazan, xəbərçiliklə, jurnalistika ilə məşğul olan bloqçular da var.

Dünyanın ən məşhur bloqlarından biri - Bağdadlı Salam Paksın (Salam Pax) yazdığı Əziz Raed bloqu isə tam fərqli janrda - epistolyar formadadır. Salam bu bloqu İordaniyada olan dostu Raedə məktublar şəklində yazmağa başlamışdı.

Doğrudur, bloqlar onlayn şəxsi gündəlik formasında meydana çıxıblar, ancaq hal-hazırda bloq yazıları ayrıca, müstəqil janra çevrilməkdədir.

- Bloqçular nəyə görə özlərinə jurnalist demirlər?

Mən bu sualın cavabını hər bir bloqçunun özünə buraxıram, əgər bloqçu özünü jurnalist hesab edirsə və fəaliyyəti jurnalistik qaydalara uyğundursa, qoy olsun.

Mənim üçün əsas olan kiminsə jurnalist və ya blogger sayılmasından daha çox ifadə azadlığı məsələsidir. Bloggerlər də jurnalistlər kimi söz və ifadə azadlıqları sahəsində fəaliyyət göstərirlər, ona görə də bloggerlərin fəaliyyətinə hər hansı əngəl birbaşa bu azadlıqlara qarşı yönəlir.

Mən özümə jurnalist demirəm, çünki bəzi jurnalistik standartlara əməl etmədiyimi düşünürəm. Məsələn, mən yazdığım, fikrimi bildirdiyim məsələ haqqında bitərəf qala bilmərəm və ya bloq yazılarımda öz rəyimi bildirmək, qarşı tərəfin rəyini yazmaqdan mənim üçün daha vacibdir.

- Bloqçuluğun gələcəyini necə görürsən? O ənənəvi mediaya alternativ ola bilərmi?

Ehtimal olunur ki, gələcəkdə media, xüsusən də İnternet mediası iki təqmini qrupa bölünəcək. Birinci qrupdakı media orqanları soyuq xəbər yazıları, oçerklər, təhlillər, jurnalist araşdırmaları, və sair mürəkkəb məzmun yaradacaq, bir növ ənənəvi medianın işini görəcək.

İkinci qrupdakı media isə bu məzmunu istifadəçilərə çatdıracaq – sitat və ya link verməklə, ya da məzmunun xülasəsini təqdim etməklə. Bu gün biz oxşar prosesləri artıq görürük - Nyu York Tayms və ya Azadlıq Radiosu hansısa xəbəri hazırlayır və dərc edir, Facebook və Twitter-də kimsə həmin xəbərin linkini özünün qısa qeydləri ilə paylaşır və insanlar saytlara daxil olub xəbər axtarmaq əvəzinə onların Facebook və ya Tvitterinə, mobil telefonuna, elektron ünvanına gələn hazır linklərə daxil olub oxuyurlar.

Bloqlar bu iki qrup media arasında aralıq mövqe tuturlar. \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\Ağır məzmun\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\ yaradan bloqlar da var, əksinə, \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\ağır məzmunu\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\ oxuculara çatdırmaqda kommunikasiya vasitəsi olan bloqlar da.

İstənilən halda bloqlar ənənəvi medianın alternativi yox, tərəfdaşıdır. Ənənəvi media bloqlar üçün həm xəbər mənbəyidir, həm də bloqlardan xəbər mənbəyi kimi istifadə edir.

Bu iki anlayışın üz-üzə qoyulması düzgün diskurs deyil. Xüsusən də qarşıda ənənəvi və yeni medianı daha böyük çətinlik gözləyir - videolar.

Ehtimallar göstərir ki, dörd ilə İnternetdəki bütün məzmunun 90%-i videolardan ibarət olacaq və video materiallarla işləməyən media oyundan çıxacaq. Məni düşündürən başqa məsələdir – görəsən ənənəvi və yeni media bu çətinliyin öhdəsindən gələ biləcəkmi?

- Bloqçuluğun inkişafı üçün hansı manelər var?

Azərbaycanda bloqçuluğun inkişafı üçün əsas iki qrup maneə var - texniki və ictimai-siyasi. Texniki tərəf ondan ibarətdir ki, İnternetin qiyməti baha, keyfiyyəti aşağı, əhatə dairəsi kiçikdir.

Ölkə əhalisinin ancaq 3 faizinin yüksək sürətli İnternetə çıxışı var. Bundan əlavə əhalinin kompüter bilikləri olduqca zəifdir, aydın məsələdir ki, təhsil sistemi uşaqlara adekvat kompüter və internet bilikləri ötürə bilmir.

İctimai-siyasi maneələrə gəldikdə, bu gün ənənəvi media kimi yeni medianın da üzərində hökumətin təzyiqi var. İki gənc bloqçu - Emin və Adnan həbsdədir və onların taleyi hər bir tənqidi bloqçunu gözləyə bilər. Yəni ölkədə söz azadlığının problemləri bloqosferdə də hiss olunur.

Sadəcə bir məsələ var ki, İnternet üzərində nəzarət eləmək qeyri-mümkündür, Gərək ya saytlara blok qoyasan, ya da İnternetə çıxışı məhdudlaşdırasan.

O da ki, son dövrlər getdikcə qeyri-mümkün olur. Məsələn, 400-500 siyasi aktivistə görə Facebook-u Azərbaycanda qadağan etmək onun 200 minlik və siyasətdən kənar Azərbaycanlı istifadəçilərinə baha oturar.

Bir çox biznes və təşkilatlar artıq öz fəaliyyətlərini Facebookla sıx inkorporasiya ediblər, siyasi görüşlərindən asılı olmayaraq Facebook bir çox insanın həyat tərzinə çevrilib.

Hətta ehtimal etmək olar ki, xüsusi orqanların cəmiyyətdəki siyasi fəaliyyət və aktivizm üzərində nəzarətində də Facebook mühüm rol oynayır.

Facebook artıq bir nemətdir və hər bir nemət də ilk növbədə rəhbər elitada olur. Facebooka qadağa ilk növbədə həmin rəhbər elitanı bu nemətdən məhrum edərdi.

- Bloqunda ən çox hansı yazılar oxunur?

Bilmirəm bu, qanunauyğunluqdur, yoxsa ancaq mənim başıma gəlir - mənim bloqumda ən çox oxunan yazılar heç də ən çox bəyəndiyim yazılar deyil.

Ümumilikdə isə insanlar başqa yerdə oxuya bilməyəcəkləri xəbərləri və detalları bloqlarda öyrənmək istəyirlər. Xüsusən də əgər sən xəbərin ilkin mənbəyisənsə, onda təkcə jurnalistlər deyil, maraqlı oxucular da sənə müraciət edəcəklər.

- Azərbaycanda nəyə görə bloq yazarlarının çoxu özü yazmır, bloqunun müxtəlif materiallarla doldurur?

Ona görə ki, azad olmayan cəmiyyətlərdə yaradıcılıqla bağlı həmişə problemlər olur. Diktaturalar və avtoritar rejimlər bir-iki dahi yetişdirə bilərlər, amma belə rejimlərdə orta statistik insanın potensialı, yaradıcılıq qabiliyyəti kəşf olunmamış qalır.

Digər tərəfdən, bu həm də insan problemidir. Etiraf edək ki, heç də hər kəs maraqlı insan, maraqlı həmsöhbət deyil. Belə şəxslərin bloqları da özləri kimi boz olacaq.

p.s. yazının orijinal versiyasını buradan oxuya bilərsiniz  http://www.abzas.net/index.php?mod=news&act=view&nid=31165


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar