Fontu böyüt:
Tibbdə çox əhəmiyyətli olan DNT xəritəsini çıxartmaq son dərəcə bahalı bir əməliyyatdır. Bunun üçün DNT-ni meydana gətirən bütün gen cütlərini təyin etmək lazımdır. Yalnız bu məqsəd üçün həyata keçən Human Genome Project adlı bir layihə 2003-cü ildən bu mövzuda işlərini davam etdirir.
2003-cü ildə ilk dəfə yaradılan DNT xəritəsi üçün 13 il vaxt və 3 milyard dollar xərclənmişdi. Sonra isə DNT xəritəsi çıxartmaq üçün təxminən 100 min dollar yetərli ola bildi. DNT xəritəniz bütün genetik məlumatlarınızı saxlayır və sağlam həyatınız üçün ipucu verir.
İndi isə bu xidməti Knome adlı xüsusi bir şirkət təqdim edir. 99.500 $ qarşılığında verdiyi xidməti eBayda (ən çox auksiyonla satış edən on-line ticarət saytı) 68.000 $-a təqdim edildi. Bu satışın bütün gəlirləri isə qazanc məqsədi güdməyən X Prize adlı təşkilata gedəcək. Əgər kimsə eBayda sizdən daha yüksək bir təklif verməzsə 68.000 $-a öz DNT xəritənizə sahib ola bilərsiz.