Fontu böyüt:
“Azercell Telekom” MMC jurnalistlər üçün “Mətbuat Otağı” istifadəyə verib.Məqsəd şirkətin kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlığına, qarşılıqlı təmasların intensivləşməsinə nail olmaqdır.
Şirkətdən xeberler.az-a verilən məlumata görə, bu qurum “Mətbuat Otağı”nı yaratmaqla mediaya daim açıq olmaq və informasiya şəffaflığını təmin etmək prinsiplərinə sadiq qaldığını nümayiş etdirir.
Media nümayəndələri “Azercell” haqqında onları maraqlandıran suallara məhz “Mətbuat Otağı” vasitəsilə operativ şəkildə cavab ala biləcəklər.
Xatırladaq ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkət 3,5 mln. abunəçiyə xidmət göstərir.