Fontu böyüt:
Facebook şirkəti yalnız işgüzar ünsiyyət üçün nəzərdə tutulmuş yeni sosial şəbəkə yaradıb. "Facebook at Work" adi Facebook şəbəkəsinə bənzəsə də, istifadəçi burada biri sosial, digəri isə peşəkar iki akkaunta sahib olacaq. Onlar yeni peşəkar şəbəkədə həmkarları ilə ünsiyyət qura, əlaqələr yarada və sənədləri paylaşa biləcəklər. Şirkətin işçiləri artıq yeni şəbəkədən istifadə etməyə başlayıblar.
Şəbəkənin yaradıcıları onun
Google Drive, Microsoft Office və Linkedin kimi nüfuzlu peşəkar
kommunikasiyalarla rəqabət apara biləcəyinə inanırlar. 2003-cü ildə yaradılan
Linkedin hazırda ən iri peşəkar şəbəkədir. Bu şəbəkənin 200-dən çox ölkədə 332
milyon üzvü var.
Sentyabr ayına olan məlumata görə,
Facebook kompaniyasının aktiv üzvlərinin sayı 1,35 milyarda çatır. Bəzi şirkət
sahibləri iş yerlərində sosial şəbəkələrdən istifadəyə skeptik yanaşır, bir
çoxu isə iş vaxtı onu ümumiyyətlə qadağan edirlər. Onların fikrincə, sosial şəbəkələrdən
istifadə edən əməkdaşlar vaxtlarını iş keyfiyyətinin yüksəldilməsinə deyil,
profillərinin yaxşılaşdırmasına sərf edirlər.