İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Muzey Mərkəzinin veb-saytının təqdimat mərasimi keçirilib

25.09.2009 [19:01]

Fontu böyüt:      

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin akt zalında UNESCO-nun Moskva Bürosunun “Rusiya muzeyi: virtual filial” layihəsi çərçivəsində yaradılmış Muzey Mərkəzinin veb-saytının təqdimat mərasimi keçirilib.

Daha öndcə də məlumat verdiyimiz kimi Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin www.museumcenter.az veb saytı fəaliyyətə başlayıb.  Bu gün isə Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin akt zalında UNESCO-nun Moskva Bürosunun “Rusiya muzeyi: virtual filial” layihəsi çərçivəsində yaradılmış Muzey Mərkəzinin veb-saytının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin mədəni siyasət şöbəsinin müdiri Fikrət Babayev bildirib ki, müasir cəmiyyətdə texnologiyaların inkişafı həm ayrı-ayrı insanlar və təşkilatlar arasında, həm də ölkələr, kontinentlər və mədəniyyətlər arasında yeni ünsiyyət üsullarının meydana gəlməsinə gətirib çıxarıb: “Təqribən 10 ildir ki, Muzey Mərkəzi öz fəaliyyətinə kompüter texnologiyalarının tətbiqini nəzərdə tutan işlərə başlayıb. 2000-ci illərin əvvəllərindən sərgi və keçirilən tədbirlərə multimedia materiallarının yaradılması üzrə iş gedir.

Muzey Mərkəzinin informasiya köşkündə Mərkəzin tarixi və fəaliyyəti haqqında proqramlar quraşdırılıb. 2008-ci ildə Muzey Mərkəzində Bakı əhalisi və qonaqları üçün müasir texnologiyalar vasitəsilə Rus Muzeyinin sərvətləri ilə birbaşa təmasda olmağa imkan verən “Rusiya muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzi açılıb. Kompüter proqramlarının, habelə külli miqdarda nəşr, foto və video materialların toplanması nəticəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin vebsaytının yaradılması ideyası meydana gəldi”.

Onun sözlərinə görə, saytın yaradılmasında partnyor qismində Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Moskva Bürosu, Dövlət Rus Muzeyi və UNESCO işləri üzrə Azərbaycan Respublikasının Milli Komissiyası iştirak edib. Vebsaytın yaradılması “MediaDizayn” studiyasında həyata keçirilib. Vebsayt Bakıda 2007-ci ildə yaradılmış “Rusiya muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin fəaliyyəti haqqında dolğun məlumata malik olaraq, həmçinin bir qrup ölkələr ərazisində və ondan xaricdə Muzey Mərkəzinin vahid mədəniyyət-informasiya məkanına inteqrasiya vasitəsi kimi çıxış edir.

Sayt foto və video materiallarla zəngindir və müasir multimedia icra üsulları onların İnternet şəbəkəsi vasitəsi ilə baxılmasına imkan yaradılıb. Vebsayt artıq dünyanın aparıcı axtarış sistemləri tərəfindən indeksləşdirilmiş və Muzey Mərkəzinin fəaliyyəti ilə bağlı olan sorğu verdikdə ilk cavab sətirlərində çıxması təmin olunub. Saytın tərkibi bir neçə blokdan ibarətdir.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar