Fontu böyüt:
APA-ECONOMICS: Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti Estoniya, Lüksemburq və Lixtenşteynin mobil operatorları ilə GPRS/MMS rouminq sazişi imzalayıb.
“Azercell”dən “APA-ECONOMICS”ə verilən məlumata görə, Estoniyanın “EMT”, Lüksemburqun “Tanqo” və Lixtneşteynin “Tele2” operatorları arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib. Bu da, “Azercell”in Estoniya və Lüksemburq ilə ikinci, Lixtenşteyn ilə isə birinci rouminq müqaviləsidir.
Hazırda «Azercell» abonentləri Estoniyanın “Tele 2”, Lüksemburqun isə “P&T” operatorlarının xidmətindən yararlanır.
Qeyd edək ki, indiyə kimi “Azercell” 68 ölkənin mobil rabitə operatorları ilə 160 GPRS/MMS rouminq sazişi bağlayıb.