Fontu böyüt:
Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu Ural, Uzaq Şərq, Sibir, habelə Şərqi Avropa və Mərkəzi Asiyada yayımlanacaq televeriliş açır.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımovun verdiyi məlumata görə, veriliş «Azərbaycana gedən yol» adlanır. Proqram rus dilində yayımlanacaq.
«Belə bir proqramın yaradılmasında məqsəd Rusiya və Azərbaycan arasında dostluğu möhkəmləndirməkdən, iqtisadi, mədəni əlaqələri, habelə humanitar sahədə, elm və texnika sahəsində münasibətləri inkişaf etdirməkdən ibarətdir. Dövlətlər arasında regionlararası əlaqələrə xüsusi diqqət yetirmək nəzərdə tutulur. Veriliş Rusiya vətəndaşlarına Azərbaycanın bugünki reallıqlarını daha yaxşı dərk etmək, xalqımızı və onun adətlərini, qədim ənənələrini anlamaq imkanı verəcək», deyə baş konsul qeyd edib.
İlk veriliş avqustun 7-də efirə çıxacaq. Verilişin aparıcısı Sverdlovski Akademik Teatrının solisti Anatoli Brodski olacaq. Xəbəri İTAR-TASS yayıb.